Elza onu tənqid edən bacısına şeirlə cavab verdi
Elza onu tənqid edən bacısına şeirlə cavab verdi
Əməkdar artist Elza Seyidcahan bacısının onun haqqında söylədiyi fikrə münasibət bildirib.
Məsələ ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı Əməkdar artist Elza Seyidcahan ilə danışıb.
Xatırladaq ki, ötən günlərdə Elza Seyidcahanın bacısı Lalə Seyidcahan televiziya proqramlarından birinə açıqlama verib. O, Elza Seyidcahanın bütün bacıların, uşaqların psixologiyasını pozduğunu deyib. Onun nəsillərini biabır etdiyini dilə gətirib.
Əməkdar artist hər şeyin qaydasında olduğunu bildirib:
"Məni sevənlər narahat olmasınlar. Hər şey yaxşıdır. O, aprelin 1-də gülüş gününə həsr olunmuş serialdan çəkilmiş bir parçadır.
Mənim həyatım "çoxmərtəbəli binanın, sonuncu mərtəbəsinə bənzəyən ömür filminin təməllərindəndir". O üzdən mən burada fikrimi Cabir Novruzun şeiri ilə tamamlayacağam:
Ərzə qədəm qoyan yerdə, Bataydı qundağın şərdə
Hər şey gördün bu əsrdə, Cabir, bu da azdı sənə!
Nə biclik, nə yalan bildin, Nə pislik nə haram bildin
Sən hamını adam bildin, Cabir, bu da azdı sənə!
Hamı sındı sən sınmadın, Durdun dözdün sarsılmadın
Heç nə sənə dərs olmadı, Cabir, bu da azdı sənə, Cabir, bu da azdı sənə!"
Bəstəkar sonda növbəti konsert proqramına hazırlaşdığını qeyd edib:
"Bu dəqiqə növbəti konsert proqramına hazırlaşıram. Mart ayında baş tutan konsertimin ab-havasından çıxmamışam. Vətənpərvər mövzuda silsilə konsert proqramı ilə sevənlərimin qarşısına çıxacağam. Qızğın məşqlər gedir".
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan martın 28-də "Mahnılar və şeirlər" adlı konsert proqramı keçirib. Konsertdə yığılan pul Türkiyəyə ianə edilib.
Nəzrin Vahid

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi