Əməkdar artist: 'Bacımı və məni bibim öz yanına götürmüşdü
Əməkdar artist Mehriban Xanlarova çətin keçən uşaqlıq illərindən danışıb.
azxeber.com xəbər verir ki, "KANAL S"də "Həftənin qonağı" layihəsinə qonaq olan aktrisa, bibisi Zeynəb Xanlarova ilə münasibətlərindən danışıb.
O, uşaqlıqdan bibisi ilə böyüdüyünü deyib:
"Hər iki valideynim qüsurlu olduğu üçün məni və bacımı bibim öz yanına götürmüşdü. Nə yaxşı ki biz onun yanında böyüdük. Mən çox balaca idim, nə baş verir anlamırdım. Bəlkə də bibim qardaşına kömək etmək üçün bizi götürmüşdü, ya bizi çox sevirdi deyə, onu bilmirəm. Bütün xərcimizi bibim çəkirdi. Amma mən 8-ci sinifdə olanda artıq öz istəyimlə valideynlərimin yanına qayıtmalı oldum".
Əməkdar artist Xanlarovanın gündəlik həyat tərzindən də söz açıb:
"Evdə hiss elətdirməzdi ki, o ulduzdur. İş də görərdi, yemək də bişirərdi. Biz də hərəmiz bir iş görərdik. Mən qabları yuyardım, bacım ev təmizləyərdi. Ata nənəm də var idi o evdə. O da bizi çox sevirdi. Həmişə əlidolu gələrdi bizə. Bu gün də bibimlə əlaqəm var".
Aysel

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır
Biz eyni ananın iki oğluyuq - Dövlət Bağçalıdan Azərbaycana təbrik