Məşhur aktyor vəfat etdi
ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub.
Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında baş verib.
46 yaşlı aktyor "Aeronca Champion" markalı təyyarəni idarə edib. Təyyarədə onun pilotluq öyrətdiyi bir qadın sərnişin də olub. Qəza nəticəsində hər iki şəxs həyatını itirib.
Qəzanın səbəbi hələlik məlum deyil. ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırma aparır.
Qay Kapulnik uşaqlıqdan aviasiya ilə maraqlanıb. Aktyorluğa başlamazdan əvvəl İsrail Müdafiə Ordusunun xüsusi axtarış-xilasetmə bölməsində xidmət edib. Son illərdə isə uçuş təlimçisi kimi fəaliyyət göstərib və bunun üçün müvafiq lisenziyaya sahib olub.
O, aktyor kimi isə 2009-cu ildə ekranlara çıxan və Venesiya Film Festivalında "Qızıl Şir" mükafatına layiq görülən "Livan" filmindəki rolu ilə tanınıb. Aktyor İsrail və beynəlxalq istehsalı olan bir sıra layihələrdə də rol alıb.
///publika/// / azxeber.com

AzTV-nin operatoru Yusif Yaqubov vəfat edib
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru sahibkarlarla görüşdü - FOTOLAR
"Fənərbaxça" Bakıdadır - Fotolar
"Barselona"ya qayıtmağı arzulayır
Bakıda dünya rekordu yeniləndi
Millətlər Liqası: Türkiyənin Belçika sınağı
Bütün kənd onu axtarırdı – Əsgər Nəsimi Musayevin saxlanılmasının detalları - FOTO
18 yaşlı qız evdə ölü tapıldı
Qohumlar arasında silahlı insident: 2 ölü, 5 ağır yaralı
Rusiya tərəfi öz helikopterini vurub - ekipaj həlak olub
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır
Kərki Azərbaycana qaytarılır? Delimitasiya prosesində mühüm DETAL
Tramp: "İranla müharibə tezliklə başa çatacaq"
Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…
Cənubi Koreyadan Ukraynaya sərt xəbərdarlıq: "Üzr istəməsəniz, tədbir görəcəyik!"