Əməkdar artist: "İlhamə Quliyeva vampir kimi enerjimi alırdı"
"İlhamə Quliyeva mənimlə dalaşandan sonra yanında çalışan insanlar vasitəsilə söz göndərirdi ki, efirə çıxanda ona salam yollayım. Deyirdi, Elzanın xətrini çox istəyirəm, sadəcə, məni öyrətdilər ki, onunla dalaşım".
Open.az xəbər verir ki, bunu Əməkdar artist Elza Seyidcahan "Xəzər" telekanalında yayımlanan "Ay Zaur" axşam şousunda qonaq olarkən deyib.
Sənətçi proqramın aparıcısı Zaur Kamalın xahişindən sonra mərhum Xalq artisti İlhamə Quliyeva ilə münasibətlərindən söhbət açıb: "İlhamə xanım mənim bir zəngimə evimə gəlirdi. Uşaqlarımın toyunda iştirak edib. İlhamə xanım restoranlarda otururdu. Zəng vururdu müğənnilərə ki, gəlsinlər onun olduğu yerə. Həmin şəxs mütləq gəlməli idi.
"Mən bu çağırışlara getmirdim. Gedəndə də görürdüm ki, qeybət edib, sənətçiləri məsxərəyə qoyur. Həmin qeybətləri təsdiqləməli, yalandan üzünə gülməli idim. Bunları isə edə bilmirdim. Müğənnilərə özünəməxsus şəkildə təxəllüslər verirdi, ətrafındakı insanlar da baxıb gülürdülər.
İlhamə xanımın aurası insanı yorurdu. Deyirlər, insanlar var ki, vampirdirlər. Bir var, sənə müsbət enerji verir, bir də var, sənin enerjini alır. Hiss etdim ki, bu qadın mənim enerjimi alır. Ona görə ondan uzaqlaşdım".
Daha sonra E.Seyidcahan şou-biznesdə küsülü olduğu həmkarlarından danışıb:
"Baş verən hadisələri görürsünüz. Hər şey gözünüzün qarşısında yaşanır. Elə insanlar var ki, onlara salam verib, yanlarında oturmaqla özüm səhv etmişəm. Ona görə də sonra başıma bu cür hadisələr gəlib. Amma elə adamlar var ki, onlarla küsüb, yenidən barışmışam. Nə olar ki? Hər evdə söz-söhbət olur. Deyirlər ki, çəkişməsən, bərkişməzsən". (Oxu.az)
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq