Əməkdar artist infarkt keçirdi
Əməkdar artist infarkt keçirdi
Əməkdar artist Vahid Əliyev infarkt keçirib.
Bununla bağlı Bizim.Media-ya 70 yaşlı Əməkdar artistin həyat yoldaşı Tamilla Əliyeva deyib.
"Ötən gecə Vahid müəllimin gözlənilmədən vəziyyəti ağırlaşdı. Məlum oldu ki, o, infarkt keçirib. Dərhal təcili tibbi yardıma zəng vurdum. O, ilkin müdaxilədən sonra klinikaların birində angioqrafiya olundu. Hazırda vəziyyəti ağır olaraq qalır", - deyə o bildirib.
Tamilla xanım qeyd edib ki, həyat yoldaşı yaxın günlərdə ürək əməliyyatı keçirəcək:
"Səhər saatlarında müayinələrdən keçmək üçün onu klinikaya apardım. Bütün analizləri yoxlanıldı. Həkimlər mənə söylədilər ki, o, hələ 10 gün xəstəxanada qalacaq. Qanı durulmalıdır ki, bundan sonra onu əməliyyata götürsünlər. Yalnız bundan sonra o, ürəyindən əməliyyat olunacaq". / oxu.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Qızıl və gümüş bahalaşdı
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub