Əməkdar artistdən maraqlı açıqlama: "İndiki qızlar çoxbilmişdirlər, 16 yaşına çatanda..."

Əməkdar artistdən maraqlı açıqlama: Əməkdar artistdən maraqlı açıqlama: "İndiki qızlar çoxbilmişdirlər, 16 yaşına çatanda..."
"Elə adam var ki, övladını oxutmağa imkanı yoxdur, elə övlad var ki, özü oxumaq istəmir". 
Bunu Yenisabah.az-a Əməkdar artist, qarmonçu Gülbahar Şükürlü deyib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, əvvəllər ailələr kiçik yaşlarından qız övladı üçün cehiz yığmağa başlayırdı. "Cehizi almaq üçün də maliyyə vəsaiti tələb olunur", - deyən DİM rəhbərinin fikrincə, valideynlər bunun yerinə uşaqlarının keyfiyyətli təhsil almasına diqqət yetirməlidirlər.
M.Abbaszadənin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları soruşur: Doğrudan da ailə qurmaq üçün ali təhsil cehizdən daha vacibdir? 
"Bəli. Mən övladlarımı misal çəkərək deyə bilərəm ki, onların hər ikisi həm diploma, həm də normal ailə həyatına sahibdir. Allah onların timsalında bütün balalarımızı qorusun! Doğrudur, cehiz də diplom qədər xüsusi əhəmiyyət daşıyır. Lakin savad da vacibdir. Çünki uşağın savadı olmadıqda o kənar, biliksiz mühitdə böyüyüb püxtələşir. 
Elə adam var ki, övladını oxutmağa imkanı yoxdur, elə övlad var ki, özü oxumaq istəmir. Təbii ki heç bir halda sonuncuları buna məcbur etmək olmaz. Oxumaq insanın canından gəlməlidir.
Oğlanlara nisbətən qızların oxuması çox vacibdir. Qızın diplomu və pul qazanacağı bir işi olmalıdır. Oğlan hər işi görə bilər, yeri gələndə fəhləlik də edər", - G.Şükürlü deyib. 
Qarmon ifaçısı qızların erkən yaşda ailə qurmasına belə münasibət bildirib:
"Mən də çox gənc yaşda ərə getmişəm. 19 yaşımda ailə həyatı qurmuşam. Tanıdığım elə ailələr var ki, qızları 16 yaşında evlənir, amma hamıdan xoşbəxtdir. Hətta nəvələri var. 
Əlbəttə, tez, yaxud gec ərə getməyin xoşbəxtliyə aidiyyəti yoxdur. İndi boşanmalar dəb halı alıb. Bir də görürsən ki, 25 yaşında evlənir, 6 aydan sonra da boşanır. Maşallah olsun, qızlarımız çoxbilmişdirlər. 16 yaşlısı özünü 23 yaşlı, püxtələşmiş qız kimi aparır.
El içində bir söz var: "Ər evindən meyitin çıxsın. Bu o demək deyil ki, get, öl. Yəni ər evinə get, oradan da ancaq öləndə çıx". / oxu.az

Şou Biznes       Tarix: 10 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari ensonxeberler metbuat xeberleri en son xəbərlər bugün