Əminə Caparova: "Rəsmi Bakıya təşəkkürümü bildirirəm!" - MÜSAHİBƏ

Əminə Caparova: "Rəsmi Bakıya təşəkkürümü bildirirəm!" - MÜSAHİBƏ
Bu gün Ukraynanın İnformasiya Siyasəti nazirinin keçmiş birinci müavini, tanınmış Ukrayna və Krım-tatar siyasi xadimi Əminə Caparova Xarici İşlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Əminə Caparovanın namizədliyi Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən irəli sürülüb.
Əminə Caparova təyinatdan əvvəl Media.Az-a verdiyi müsahibəsində bir çox məsələlərlə bağlı sualları cavablandırıb:
- Təyinat niyə bu qədər uzandı (Ukrayna dövlətinin başçısı namizədliyi mayın ortalarında irəli sürüb - red.)?
- Məcburi xüsusi yoxlama var idi. Düşünürəm ki, ya iyunun 10-da, yaxud 17-də hökumətdə namizədliyim nəzərdən keçiriləcək.
- Ukrayna Xarici İşlər nazirinin birinci müavini olaraq nə edəcəksiniz?
- Əlbəttə ki, diqqətimi Krımla bağlı bir sıra məsələlərə yönəldəcəyəm. Bu mövzu genişdir, məsələn, Yevgeni Yenin (Ukrayna Xarici İşlər Nazirinin müavini - red.) beynəlxalq məhkəmələrdə iştirak edir. Krım üzrə beynəlxalq dialoq platforması yaradacağam. Eyni zamanda, sanksiyalar siyasəti (Rusiyaya münasibətdə - red.), ictimai və mədəni diplomatiya, beynəlxalq advokasiya ("advokasiya" termini latınca "advocare" sözündən götürülüb və "dəstək çağırışı" mənasını verir – red.) ilə əlaqəli bir sıra problem mövcuddur. Ukrayna, ölkənin xaricdəki imici və s. suallar kompleksi də var.
Əminə Caparova: "Rəsmi Bakıya təşəkkürümü bildirirəm!" - MÜSAHİBƏ- Türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığı vacib hesab edirsinizmi?
- Əlbəttə! Qeyd etmək istəyirəm ki, komanda daxilində üfüqi əlaqələrimiz var. Azərbaycan və Türkiyə ilə əlaqələrə cavabdeh olan şöbə başqa bir nazir müavininin nəzarəti altında olsa belə, bu, mənim türkdilli ölkələrlə əlaqəli mövzulara yönəlməyimə mane olmayacaq. Düşünürəm ki, bu, mənim üçün çox məntiqlidir. Bu, ancaq üstünlük ola bilər.
Mənə görə Türkiyə və Azərbaycan yalnız bəzi formal münasibətlərlə bağlandığım ölkələr deyil. Ukraynada Krım tatarları, türkdilli əhali var. Ortaq tariximiz, köklərimiz, dilimiz, dinimiz var. İnanıram ki, bu amillər ümumi xarici siyasətə fəal təsir edə bilər.
- İndi yəqin ki, ritorik bir sual verəcəyəm: rəsmi Bakının Azərbaycan vətəndaşlarının Krıma getməməsi tövsiyəsinə münasibətiniz necədir?
- İnanıram ki, bu tövsiyə siyasi xarakter daşımır. Əksinə, təhlükəsizlik problemləri ilə əlaqədardır. Reallıq budur ki, indi Krımda qanun və hüquq lazımınca tətbiq olunmur.
Bu cür ziyarətlərin təhlükəsiz olmadığına inanırıq. Bu, hərbiləşdirilmiş yarımadadır. Buna görə də, rəsmi Bakının tövsiyələrini dəstəkləyirəm və təşəkkürümü bildirirəm.

Siyasi       Tarix: 10 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər kriminal xeber cəbhədən son xəbərlər cebheden xeber