Əmiqızı, xalaqızıyla evlənmək dönəmi bitdi! – "Təkcə bizdədir, xristianların heç biri belə etmir

Əmiqızı, xalaqızıyla evlənmək dönəmi bitdi! – Xəbər verdiyimiz kimi, Azərbaycanda 16 yaşına çatmayan şəxslərlə nişanlananlar və evlənənlər cəzalanacaq.
Həmçinin əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa da təsdiqlənib.
Bəs, bu qərarın tətbiq edilməsi gələcəkdə hansı müsbət dəyişikliklərə yol aça bilər?
Mövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bu qərarın heç bir vətəndaşın hüququnu
məhdudlaşdırmadığını bildirib:
Əmiqızı, xalaqızıyla evlənmək dönəmi bitdi! – "Əlbəttə ki, biz dünyəvi dövlətin prinsiplərinə uyğun davranmalıyıq. Qanunvericilikdə hər hansı dəyişikliklər ediriksə, bu prinsipləri əsas götürməliyik. Ona görə də, bu qərar hər hansı vətəndaşın hüququnu məhdudlaşdırmır. Əksinə onların təhlükəsizliyi, sağlamlığı istiqamətində dövlətin atdığı müəyyən addımların vacib olduğunu göstərir. Bu səbəbdən də bəzən insanlar öz faydalarına uyğun olan məsələləri düzgün qiymətləndirmirlər. Düşünürəm ki, əgər bu onların lehinədirsə, bunu normal qarşılamaq lazımdır və bu istiqamətdə hər hansı bir problem olmamalıdır. İnsanlar da gələcək nəsillərin sağlamlığı və qorunması naminə bu qərara qarşı anlayışlı olmalıdırlar".
Məsələ ilə bağlı azxeber.com-a danışan sosioloq Əhməd Qəşəmoğlu isə bu cür evliliklərin qarşısının alınması istiqamətində ən tutarlı addımın maarifləndirmə olduğunu bildirib:
Əmiqızı, xalaqızıyla evlənmək dönəmi bitdi! – "Biz mütləq şəkildə erkən nikahların, qan qohumluğu olan şəxslərin evlənməsinin qarşısını almalıyıq. Çünki bu proseslərdən fəsadlar ortaya çıxır. Əvvəla, qan qohumluğuyla evlənməklə xəstə uşaqların sayı çoxalır. Erkən nikah insanların kariyerasını qurmağa mane olur. Bu məsələlər bir müsbət hal kimi vətəndaşlara təbliğ olunmalıdır, izah edilməlidir ki, bundan niyə uzaqlaşmaq lazımdır? Hər zaman cəmiyyətdə yalnız qadağa ilə işi bitmiş hesab etmək olmaz. Bu qadağaları etməmişdən öncə ən azı yarım il müddətində maarifləndirmə işi aparılmalıdır, sonra həmin qadağalar elan olunmalıdır. Qadağalar elan edildikdən sonra yenə də izahat işləri geniş şəkildə aparılmalıdır. Yoxsa bu əhalidə ciddi əsəb gərginliyi yaradır, o cümlədən onlar normaları pozmaq üçün gizli yollar axtarırlar. Nəticədə xoşagəlməz mənzərə yaranır".
Sosioloq hesab edir ki, erkən nikahların baş verməsinin əsas səbəblərindən biri gənclərin işsiz olmasıdır:
"Digər tərəfdən erkən nikahların baş verməsinin səbəblərini öyrənməliyik. Azərbaycanda niyə erkən nikahlar çoxalır? Mən bir ara sosioloji araşdırmalar aparırdım və üzə çıxarmışdım ki, erkən nikahların əsas səbəblərindən biri də iş yerlərinin az olması ilə bağlıdır. Valideyn deyir ki, rayonda yaşayırıq, qızım universitetə girib, onu şəhərə göndərməyə pulum yoxdur. Öz yaşadığımız yerdə iş yerləri məhduddur. Bu baxımdan da ilk olaraq evliliyin səbəbləri üzə çıxarılmalıdır. 
Valideyni maarifləndirmək sahəsində iş getmir. İkinci mərhələdə qan qohumluğu əsasında evlənənlərlə bağlı məsələyə din xadimlərini cəlb etmək lazımdır. Onlar bu məsələdə cəmiyyətə müqavimət göstərməlidirlər. Din xadimlərinə izah etmək lazımdır. İzah etmək lazımdır ki,  İslamda o şey ki insan orqanizmi üçün zərərlidirsə, bu birbaşa haramdır. Məsələn, su, çörək müqəddəsdirsə, çox yeyəndə haramdır. Siz təsəvvür edin ki, xristianların heç biri qan qohumuyla evlənmir. Onlar eşidəndə ki, müsəlmanlar belə addım atır, çox gülürlər və lağ edirlər. Yaxşı olar ki, QHT-lər növbəti qrant müsabiqələrində bu məsələyə diqqət etsinlər. KİV-lərin, televiziyaların bu maarifləndirmə işlərinə cəlb edilməsi vacibdir".
Oksana Orucova
Yazı Medianın İnkişafı Agentliyinin "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc edilib.
Əmiqızı, xalaqızıyla evlənmək dönəmi bitdi! –

Sosial       Tarix: 30 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son.xabar xeber.az bu gun xeber.az