Emmanuel Makron Prezident İlham Əliyevi təbrik edib
Emmanuel Makron Prezident İlham Əliyevi təbrik edib
Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:
"Cənab Prezident.
Ölkələrimizin COVID-19-la mübarizəni davam etdirdiyi, vətəndaşlarımızın həyatı və rifahı üçün onun mənfi nəticələrinin məhdudlaşdırılmasına çalışdığımız bir dönəmdə milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq diləyirəm.
Bütün mövzularda, xüsusən də qlobal məsələlərdə dialoqumuzun güclənməsindən çox məmnunam. Pandemiya həqiqətən qarşımıza qoyduğumuz sağlamlıq, sosial, iqtisadi və təhlükəsizlik məsələlərinə ortaq cavab tapmaq üçün birlikdə işləməyin lazım olduğunu bizə xatırladır. Cənab Prezident, bu baxımdan Qoşulmama Hərəkatının sədri olaraq xalqın xeyrinə konkret və innovativ təşəbbüslərin inkişafına fəaliyyətinizlə verdiyiniz töhfələr təqdirəlayiqdir.
Münasibətlərimizin yaxınlığı istər iqtisadi, istərsə də mədəniyyət və təhsil sahələrində birlikdə həyata keçirdiyimiz layihələrin sayında və keyfiyyətində də özünü göstərir. Yüksək diqqət və qayğısına görə şəxsən Birinci vitse-prezidentə borclu olan Fransız-Azərbaycan Universitetinin (UFAZ) artan uğuru, əlbəttə, buna bariz nümunədir.
Cənab Prezident, icazə verin, Minsk qrupunun həmsədri Fransanın adından, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin "müharibə xəstəliyi" adlandırdığı işi sona çatdırmaq çağırışını davam edim. Bu baxımdan, Fransanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və davamlı həlli üçün qətiyyət və qərəzsizliklə işləmək öhdəliyinə arxalana bilərsiniz.
Cənab Prezident, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var