Əmr haradan verilib? – Radikalların mitinq qərarı xarici sifarişdir, xalq dəstəyi görməyəcək

Əmr haradan verilib? – Radikalların mitinq qərarı xarici sifarişdir, xalq dəstəyi görməyəcəkƏrini itirdikdən sonra Avropa parlamentində çıxış edən Yuliya Navalnaya avropalı siyasətçiləri darıxdırıcı olmamağa, qırmızı xətləri çoxdan keçmiş Rusiyaya qarşı novator metodlarından istifadə etməyə çağırdı.
Belə yerdə düşünürsən ki, görəsən, dul xanım hər zaman özünü gah "narıncı"lara, gah da navalnılara bənzətməyə çalışan Azərbaycan müxalifətinin radikal kəsiminin hərəkətlərini görsəydi, nə deyərdi?! Yəqin deyərdi ki, "cənablar, sizin küçənizə heç bir zaman "ərəb sayağı bahar" gəlməyəcək, özünüzü boşuna yormayın!".
Güman etmək olardı ki, Azərbaycan torpaqları azad edilməmişdən əvvəl "İlham Əliyev 1 millimetr torpağı belə azad etməyəcək, çünki Qarabağın azad olunmasını istəmir" kimi absurd iddianı dəfələrlə dilə gətirənlər 2020-ci ilin payızından sonra öz siyasi korafəmhliklərini etiraf edib, siyasi meydandan çəkilməyə üstünlük verəcəklər.
Lakin belə olmadı. Xalqı qıcıqlandırmaqdan çəkinənlər hətta Şuşanın azad edilməsi münasibətilə dövlət başçısını təbrik etməli də oldular. Amma Azərbaycan rəhbərliyinin uzaqgörənliklə ölkəmizin soyqırım iftirasından qorunması məqsədilə "rus sülhməramlıları"nın gəlməsinə razılıq verdiyini görüncə, yenidən köhnə havalar başladı. Qarabağda baş verən hər təxribatı, diversiyanı iqtidara qarşı çevirməyə çalışdılar. "Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə niyə getmirsən?" kimi cahil suallar yağdıranlar, könüllülərin ekoaksiyasına istehza etməyə qalxdılar.
2023-cü ilin sentyabrında Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun şəkildə aparmağa məcbur olduğu lokal antiterror tədbirləri zamanı yenidən dillləri batan radikallar Xankəndidə, Xocalıda, Əsgəranda və Xocavəndə Azərbaycanın Dövlət Bayrağının ucaldılması prosesinə də "prezidentlik fəaliyyətinin 20 illiyini gözləyib" kimi əbləhcəsinə "mız" qoymağa çalışdılar. Əslində onlar xalqımızı bu tarixi hadisə münasibətlə təbrik etməli idilər. Çünki Xankəndidə üçrəngli bayrağımızın ucaldılması son 35 ildə bütün xalqımızın və türk dünyasının ən böyük arzusu idi.
İndi bizim Qarabağımızda çox böyük bərpa və quruculuq işləri aparılır. Dövlət başçısının bütün vaxtının erməni faşizmi nəticəsində viran qoyulmuş bu dilbər bölgəmizin cənnət məkana çevrilməsinə getdiyini hər kəs anlayışla qarşılayır. Erməni lobbisinin və onun dünyadakı bütün havadarlarının üzərimizə gəldiyi qatı düşmənlərimizin əhatəsində olduğumuz bir vaxtda radikal müxalifət nə edir? Əhalini mitinqə çağırır.
Görünür, 2019-cü il yanvarın 19-da keçirilən mitinqin dadı damağından getməyib. Amma o zaman tezliklə kürsülərini itirəcəklərini anlayan Ramiz Mehdiyev-Əli Həsənov tandeminin mitinqə "xüsusi rəng" qatdıqları ortada idi. Mitinqə gedən ənənəvi cəbhəçilər özləri də etiraf edirdilər ki, çoxlu sayda fərqli və yeni simalarla qarşılaşmışdılar.
Sadəcə, indi Əli Kərimli bir vacib məqamı unudur: o zaman Qarabağ azad edilməmişdi.
O zaman İlham Əliyev indiki kimi bütöv xalqın əzizinə və doğmasına çevrilməmişdi. Siz heç görmüsünüz ki, hansısa müxalifət liderinin portretini və ya televiziyadakı təsvirini sadə insanlar – böyükdən kiçiyədək öpsünlər?! Xeyr. İlham Əliyev bu mərtəbəyə ucalıb. Bütün çətinliklərə baxmayaraq, İlham Əliyev erməni lobbisinin və havadarlarının öhdəsindən gəlib.
Qəribə paradoks yaranıb: indi ermənilər də İlham Əliyevin əlindən zəncir çeynəyirlər, bizin radikal müxalifətçilərimiz də. Erməniləri anlayırıq, müxalifətçilərimizi isə yox.
Bəli, ölkəmizdə problemlər, qanunun aliliyinin pozulması halları da var. Amma indi mitinqin və ya hansısa aksiyaların keçirilməsinin zamanı olmadığını hər kəs, o cümlədən Əli Kərimli özü də yaxşı bilir. O, quru sərhədlərin açılmamasının da ölkəmizin təhlükəsizliyi baxımından mühüm olduğunu çox yaxşı anlayır.
Əgər hakimiyyətdə İlham Əliyev deyil, Əli Kərimli də olsaydı, bənzər addımları atardı. Çünki çıxış yolu bundadır. Ölkəmizin qapılarını xarici qüvvələrin, casusların, onların xəfiyyəliyə və ya terror aktlarına cəlb etdikləri diversantlara taybatay açmaq olmaz.
Bundan başqa, Əli Kərimlinin də təmsil olunduğu AXC-Müsavat iqtidarının birillik hakimiyyəti dönəmində sərbəst toplaşma, söz və ifadə azadlıqlarının başına hansı oyunların açıldığını görmüşük axı.
Bu günlərdə ABŞ-də yaşayan politoloq, vaxtilə AXC-Müsavat iqtidarında yüksək vəzifə daşımış Ramiz Yunusun ukraynalı jurnalist Dmitri Qordona müsahibədə dediyi sözlər həqiqətən ibrətamizdir. Demokratik dəyərlər tərəfdarı olan həmyerlimiz hazırkı dövrdə ukraynalılara demokratiyanı, söz azadlığını unutmağa çağırıb.
Onun sözlərinə görə, fors-major vəziyyətlərdə avtoritarlıq vacibdir. "Ölkə yanır, ölkənin qalıb-qalmayacağı məlum deyil, ukraynalılar demokratiyadan danışırlar. Bizdə də belə oldu. Biz "yad əmiyə" güvənirdik. Düşünürdük ki, əgər o, ABŞ dövlət katibi Uorren Kristoferdirsə, bizi aldatmaz. 1992-ci ildə gəldi, basdı-bağladı və biz də inandıq. Düşündük ki, əgər 1991-ci ildə ABŞ sovet imperiyasını dağıtdısa, heç bir problem olmayacaq. Amma bizi satdılar və cəzalandırdılar".
Ramiz Yunus demokratik dünyanın Saakaşvilinin indiyədək həbsxanada qalmasına səsini çıxarmadığına diqqəti cəlb edib: "Qərb maraqlarını müdafiə edən ən əsas insanın taleyi ilə heç kim maraqlanmır".
O xatırladıb ki, 2008-ci ildə Gürcüstanın və Ukraynanın NATO-ya qəbul olunması üçün ən çox çalışan Türkiyə olub. "Çünki Türkiyənin bölgədə marağı vardı. Amma kim bu ölkələri NATO-ya buraxmadı: Almaniya və Fransa. Ona görə də 2008-ci ildə Gürcüstan, 2014-cü ildə Ukrayna parçalanma qurbanı oldu".
Ramiz Yunus qeyd edib ki, əsas məsələ hakimiyyətlə bütün cəmiyyətin birliyidir. "Bizim 10 milyonluq Azərbaycanımız, hakimiyyəti sevən də, sevməyən də, o cümlədən mən də birlikdə dayandıq. Mən bayrağımızın Şuşada, Xankəndidə, azad edilmiş Qarabağda dalğalandığını görəndə eyforiyadaydım. Çoxdan gözlədimiz qələbəni gördüyüm üçün çox xoşbəxt oldum. Çünki bu qələbəni görmədən yad ölkədə öləcəyimi düşünürdüm".
O bildirib ki, Qarabağ müharibəsi zamanı onu Azərbaycan iqtidarı ilə eyni cinahda görən ABŞ siyasətçiləri çaşmışdılar. "Onlar bizim kimilərindən hakimiyyətə qarşı medvedçuklar, general Vlasovlar hazırlamaq istəyırdilər. Onlar fikirləşirdilər ki, əgər narazı insan ölkəsini tərk edib ABŞ-yə gəlirsə, deməli o, Amerikanın maraqlarını qoruyacaq. Mən bunu necə edə bilərəm? Azərbaycan mənim vətənimdir axı. Əgər mən vətənimi satsam, deməli, sabah ABŞ-ni də sataram. Ukraynalılarda da bu anlayış olmalıdır. Siz bizim kimi qələbənizə inanmalısınız".
Ramiz Yunus nəzərə çatdırıb ki, Qarabağ müharibəsində Azərbaycan da Ukrayna kimi Rusiya ilə döyüşürdü. "Əzizlərim, siz Ermənistan televiziyasının basıb-bağladıqlarını dinləməyin. Birinci Qarabağ müharibəsində Rusiya bizi cəzalandırdı. İkinci Qarabağ müharibəsində isə biz Rusiyanı neytrallaşdırdıq. Amma Rusiya müharibə bitənədək, 44 gün ərzində hər gün təyyarələrlə İran ərazisi vasitəsilə Ermənistana silah daşıyırdı. Sonra isə hesab etdi ki, Qarabağa "sülhməramlı" kimi gəlməklə Dnestryanında olduğu kimi 30-40 il Azərbaycanda qalacaq. Kreml bunu istəyirdi, lakin bu, onlarda alınmadı. Biz 3 il ərzində bu partiyanı çox savadlı şəkildə oynadıq. Bundan başqa, Kreml daha bir səhvə yol verdi, Ukraynaya hücum etdi…".
Ramiz Yunusun sözünün qüvvəti, ermənipərəst Rusiyanın, İranın, Fransanın, Brüssel və Vaşiqtonun üzərimizə gəldiyi bir vaxtda ölkəmizdə mitinqin keçirilməsini tələb etmək, həqiqətən, Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan çevrələrin dəyirmanına su tökməkdir.
HAŞİYƏ. 2011-ci ildə Mədəniyyət telekanalının rəsmi açılışı ilə bağlı təntənəli tədbirə ölkəmizdəki xarici agentliklərin müxbirləri də dəvət olunmuşdular. Lakin onlardan biri baş ofislərinin həmin mədəni hadisəni işıqlandırmağa icazə verilmədiyini etiraf etdi. Baş ofisdən bildirilmişdi ki, onları Azərbaycanda yalnız siyasi dəyişikliklər (oxu: qarışıqlıq – red.) maraqlandırır.
Siz yenidən ölkəmizdə qarışıqlığın yaranmasını istəyirsinizmi?! Mən yox.
Xatirə SADİQ,
KONKRET.az

Siyasi       Tarix: 13 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını "masaya qoymalıdır". xəbər verir ki, "CBS News"a müsahib

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gune olan xeberler ən son xeberler en sonxeber hava proqnozu