Belarus Ukraynaya hücum edəcək? - SENSASİON DETALLAR

Belarus Ukraynaya hücum edəcək? - SENSASİON DETALLARBelarusun Ukraynaya mümkün hərbi müdaxiləsi ilə bağlı ehtimallar yenidən gündəmə gəlib. Xüsusilə, sərhəd bölgələrində hərbi fəallığın artması və tərəflərin qarşılıqlı ittihamları regionda yeni gərginlik ocağının yarana biləcəyi barədə narahatlıqları artırır. Bununla yanaşı, Minsk rəhbərliyinin son dövrlərdə daha çox sülh mesajları verməsi vəziyyətin birmənalı olmadığını göstərir.
Belə olan halda, Belarusun Ukrayna müharibəsinə birbaşa qoşulması nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Belarusun Ukraynaya hərbi müdaxilə ehtimalı müəyyən dövrdən etibarən gündəmə gəlib.
Belarus Ukraynaya hücum edəcək? - SENSASİON DETALLAR"Rəsmi Kiyev Belarusla sərhəd ərazilərdə hərbi aktivliyin artdığını, yeni texnikaların və artilleriya qurğularının yerləşdirildiyini qeyd edib. Bu amillər nəzəri baxımdan mümkün müdaxilə ehtimalını artırsa da, hazırda Minsk hakimiyyətinin real niyyətləri fərqli istiqamətdə görünür.
Belarus prezidenti Aleksandr Lukaşenka son çıxışlarında ABŞ-ın sülh prosesinə qoşulmasının mümkünlüyünü qeyd edib və genişmiqyaslı razılaşmanın vacibliyini vurğulayıb. Bu isə onu göstərir ki, rəsmi Minsk daha çox Qərblə münasibətləri normallaşdırmağa və yeni siyasi manevr imkanları əldə etməyə çalışır."
Ekspertin fikrincə, Belarusun Ukrayna müharibəsinə birbaşa qoşulması üçün əsas motivasiya hələlik müşahidə olunmur. Bununla belə, ölkənin Rusiyadan ciddi asılılığı bu məsələdə əsas risk faktoru olaraq qalır:
"Belarus faktiki olaraq Rusiyadan asılı dövlətdir və Lukaşenka hakimiyyətinin davamlılığı da müəyyən mənada Kremlin mövqeyindən asılıdır. Bu səbəbdən Moskva Ukraynaya qarşı ikinci cəbhənin açılmasında maraqlı olarsa, müxtəlif təzyiq vasitələri ilə Minski bu addıma məcbur etməyə cəhd göstərə bilər."
Elçin Xalidbəyli hesab edir ki, mövcud şəraitdə Belarus rəhbərliyi mümkün qədər müharibədən kənarda qalmağa çalışır:
"Hazırda Lukaşenka hakimiyyəti daha çox sülh ritorikasına üstünlük verir və birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışır. Ona görə də məcbur edilmədiyi halda Belarusun Ukrayna savaşına qoşulması inandırıcı görünmür."
Beləliklə, ekspertin ümumi qənaətinə görə, Belarusun Ukraynaya hərbi müdaxilə riski tamamilə istisna edilməsə də, bu ehtimal daha çox xarici təsirlərdən, xüsusilə Rusiyanın mümkün təzyiqlərindən asılı olaraq dəyişə bilər. Hazırkı mərhələdə isə Minsk daha çox balanslı siyasət yürütməyə və müharibədən kənarda qalmağa üstünlük verir.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 25 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun 2026 novruz bayramı sou biznes son xəbərlər bugün 2026