Ukraynadan İsrailə şok XƏBƏRDARLIQ

Ukraynadan İsrailə şok XƏBƏRDARLIQ"Bu, Münasibətlərimizə Ağır Zərbə Vuracaq!"
Ukrayna və İsrail arasında diplomatik gərginlik yeni bir böhran həddinə çatıb. Rəsmi Kiyev Ukraynanın işğal olunmuş ərazilərindən oğurlanmış buğdanı daşıdığı iddia edilən "Panoramitis" gəmisi ilə bağlı İsrailə kəskin xəbərdarlıq edib. "Axios" nəşrinin jurnalisti Barak Ravidə məlumat verən Ukraynanın yüksək rütbəli diplomatik mənbəsi bildirib ki, sözügedən gəminin Hayfa limanına daxil olması və yükünü boşaltması iki ölkə arasındakı münasibətləri qırılma nöqtəsinə gətirə bilər.
KONKRET.az xəbər verir ki, Ukrayna tərəfi bu gəmini yaxından izlədiyini və prosesi nəzarətsiz qoymayacağını bəyan edib. Diplomatik mənbə vurğulayıb: "Əgər bu gəminin lövbər salmasına və yükünü boşaltmasına icazə verilsə, bunun xüsusilə ikitərəfli əlaqələrimiz üçün ciddi fəsadları olacaq. Ukrayna tam diplomatik və beynəlxalq hüquqi tədbirlər görmək hüququnu özündə saxlayır". Kiyev rəsmiləri İsrailin bundan əvvəl oğurlanmış buğda daşıyan digər bir gəmi ilə bağlı tələbləri "faktiki olaraq görməzdən gəldiyini" və bu cür hərəkətlərin artıq dözülməz olduğunu qeyd ediblər.
Ukraynalı diplomatın sözlərinə görə, İsrailin bu mövqeyi Kiyevin atdığı dostluq addımlarına – SEPAH-ın terror təşkilatı kimi tanınmasından tutmuş, antisemitizmin kriminallaşdırılmasına qədər nümayiş etdirilən "xoş mərama" qarşı bir "şillə" effekti yaradır. "Oğurlanmış yüklərdən mənfəət əldə etmək İsrailin ləyaqətinə yaraşmayan bir hərəkətdir", — deyə mənbə bildirib. Hazırda dünya ictimaiyyəti Hayfa limanına yaxınlaşan gəmi ilə bağlı rəsmi Təl-Əvivin hansı qərarı verəcəyini maraqla gözləyir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 28 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasını

Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb. xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə

Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir

"Korrupsiya qlobal fenomendir və hamımızın üzləşdiyi ortaq problemdir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübariz

3 ölkə rəsmisi Tehranda toplaşacaq

Məkkə Paktının iştirakçıları olan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın nümayəndələri bu gün regional koordinasiyanı müzakirə etmək üçün İran rəsmiləri ilə görüşəcəklər. reuters-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. KONKRET.azməktubun mətnini təqdim edir:. "Avstriya Respublikasının milli bayramı münasibətilə Siz

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, Azərbayca

Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının Toxumçular Birliyinin (ECOSA) Daşkənddə keçirilən konqresinə qatılıb. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov "X" sosial şəbəkə hesabınd

Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının sarsılmaz qardaşlıq yoluna "dinamit yerləşdirmək" cəhdlərinə qətiyyətlə cavab verəcəyinə əmin olduğunu bildirib. xəbər verir ki, Ərdoğan Ankarada Nazirlə

İlham Əliyev Tom Berendseni qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. KONKRET.azxəbər verir ki, dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığını


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun xabar az en yeni xeberler kriminal