Azərbaycan-Çexiya əməkdaşlığının böyük hissəsi energetika sektoruna aiddir

Azərbaycan-Çexiya əməkdaşlığının böyük hissəsi energetika sektoruna aiddirAzərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi günbəgün möhkəmlənir. Bu özünü həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında təsdiqləyir. Qarşılıqlı səfərlər fonunda münasibətlərin yeni istiqamətlər üzrə inkişafı beynəlxalq təşkilatlarda birgə səylərin göstərilməsinə geniş imkanlar yaradır. 
Belə səfərlərdən biridə aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri oldu.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər.
Çexiyanın Baş nazirinin bu səfəri məhz iqtisadi reallıqlar fonunda formalaşan yeni əməkdaşlıq istiqamətlərinin göstəricisidir. Səfər həm ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, həm də Azərbaycanın Avropa ilə əlaqələrində artan rolunu əks etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu səfər həm regional, həm də Avropa miqyasında dəyişən geosiyasi və iqtisadi reallıqların göstəricisi kimi qiymətləndirilə bilər. 
Ümumiyyətlə qeyd edək ki, Azərbaycan və Çexiya beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyən ölkələr kimi çıxış edir. Bu münasibətlər qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanır.
Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun bir daha təsdiqidir. Son illərdə ölkəyə müxtəlif Avropa liderlərinin səfərlərinin intensivləşməsi onu göstərir ki, Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də siyasi dialoq və regional sabitlik baxımından etibarlı tərəfdaş kimi qəbul olunur. Bu baxımdan Çexiyanın marağı da təsadüfi deyil. Avropa ölkələri üçün Cənubi Qafqazda sabit və proqnozlaşdırıla bilən tərəfdaşın olması həm enerji təhlükəsizliyi, həm də nəqliyyat dəhlizlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bir sözlə, qarşılıqlı ticarətin artması, yeni investisiya imkanlarının müzakirəsi və xüsusilə qeyri-neft sektorunda əməkdaşlıq perspektivləri bu münasibətlərin daha dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir. 
Onuda qeyd edək ki, çex şirkətlərinin sənaye, energetika və texnologiya sahələrində təcrübəsi Azərbaycan üçün faydalı ola bilər. Energetika sahəsində əməkdaşlıq isə Azərbaycanın beynəlxalq mövqeyinin əsas sütunlarından biri kimi çıxış edir. Azərbaycanın etibarlı enerji təchizatçısı kimi tanınması, xüsusilə Avropa üçün alternativ enerji mənbəyi rolunu oynaması ölkənin geosiyasi əhəmiyyətini artırır. Azərbaycan qazının Avropa bazarına çıxışı və bir sıra ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynaması rəsmi Bakının strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu, həm iqtisadi gəlirlərin təmin olunması, həm də siyasi təsir imkanlarının genişlənməsi baxımından vacibdir.
Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın milli maraqlarına uyğun olaraq siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində kompleks və strateji əməkdaşlıq modelini ortaya qoyur. Çexiya ilə münasibətlərin inkişafı yalnız ikitərəfli deyil, həm də Azərbaycanın Avropa ilə inteqrasiyası və beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 
Əbilfəz Mahmudov,
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, energetik / azxeber.com

Siyasi       Tarix: 29 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler ən son xəbərlər bugün hava bu gunun xeberleri haqqinda melumat