ƏMR VERİLDİ: İsrail ordusu İrana qarşı HƏRƏKƏTƏ KEÇDİ
İsrail ordusuna İranın nüvə proqramına qarşı planlar hazırlama təlimatı verilib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aviv Koçavi danışıb.
Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun video-konfransında çıxış edən Koçavi nitqinin böyük hissəsini İranla bağlı məsələlərə ayırıb. O, ABŞ-ın rəsmi Tehran ilə imzalanan nüvə razılaşmasına geri qayıtmasının doğru olmayacağını deyib.
İran hökumətinin nüvə fəaliyyətinə də toxunan Baş Qərargah rəisi qeyd edib ki, İran gizli və ya təhrikedici şəkildə nüvə bombası hazırlamağa qərar verə bilər: "Bu əsas analiz işığında İsrail ordusuna mövcud olanlara əlavə olaraq əməliyyat planları hazırlaması əmri verdim. Bu planları incələyirik və gələn il ərzində inkişaf etdirəcəyik".
O, hazırlanacaq planların həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı qərarın hökumət tərəfindən veriləcəyini deyib.
Qeyd edək ki, 5+1 ölkələri ilə İran arasında 2015-ci ildə nüvə razılaşması imzalanmış, sabiq ABŞ prezidenti Donald Tramp 2018-ci ildə bu razılaşmadan geri çəkilmişdi.
Zümrüd

Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Tahir Gözel bu bankın prezidenti oldu
Premyer Liqa: Bu komandalar qarşılaşır