Ən qısa zamanda bütün keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaq

Ən qısa zamanda bütün keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaq"Ötən həftə müstəqillik günümüz həm də digər bir əlamətdar günlə yadda qaldı. Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıtdı. Bu isə onu deməyə əsas verir ki, bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir. Müstəqil Azərbaycan əmin əllərdədir". 
Bu fikirləri azxeber.com-a açıqlamasında deputat Vüqar İskəndərov Laçına "Böyük Qayıdış"la bağlı danışarkən deyib. 
Ən qısa zamanda bütün keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaqDeputat bildirib ki, Laçında 4 minə yaxın insan məskunlaşacaq:
"Azərbaycanın post müharibə dövründə gördüyü işlər bütün dünyada əks-səda yaradıb. Çünki belə qısa bir müddətdə bu qədər böyük işlər görmək, hətta bunları öz maliyyə resursları ilə həyata keçirmək indiki məqamda hər dövlətin işi deyil. Bu o deməkdir ki, illərdir prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün siyasət yürüdülmüşdur ki, indi də biz bunun bəhrəsini, nəticəsini görə bilirik. Artıq digər yerlərimiz kimi Laşına da köç başlayıb. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Əlbəttə bu az rəqəm deyil. Bu ailələrin də hər biri yüksək həyat şəraiti ilə təmin olunacaq. Əsas məqamlardan biri ondan ibarətdir ki, bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Bu o deməkdir ki, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. Bununla yanaşı müasir tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Bununla da yeni köçən sakinlərin iş məsələsi, təhsil məsələsi də öz həllini tapmış olacaq".
Ən qısa zamanda bütün keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaqMövzu ilə bağlı azxeber.com-a Milli Məclisin üzvü Naqif Həmzəyev də öz fikirlərini bildirib.
Deputat qeyd edib ki, bu köç başlanğıcdır. İlboyu bu ərazilərə növbəti ailələr köçürüləcək:
"Uzun illərdən sonra keçmiş məcburi köçkünlərin Laçına qayıtması tarixi hadisədir. Heç kəsə sirr deyil ki, Laçının işğalı Qarabağın tamamilə işğal edilməsi bir şərait yaratmış oldu. Çünki Laçın yolu ermənilər üçün çox önəmli idi. Seperatçılar bu əraziləri öz nəzarətinə keçirdikdən sonra demək olar ki, Qarabağın taleyi həll edildi və Laçının geri qaytarılması, Laçın şəhərinə məcburi köçkünlərin geri qayıda bilməsi fantastik bir hadisə kimi qeyd edilirdi. Heç kim buna inanmırdı. Düzdür, bizim içimizdə ümid var idi, inanırdıq ki, bir gün torpaqlarımızı azad edəcəyik. Amma açıq deyək ki, nə Ermənistan, nə də havadarları bu ərazilərin ilkin mərhələdə Azərbaycana qaytarılmasını istəmirdilər. Lakin 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Ermənistan kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Cənab Prezidentin məharətli gedişləri sayəsində biz Laçın, Ağdam və Kəlbəcəri bir güllə belə atmadan azad etdik. Bütün bunlarla yanaşı, ötən il Laçın yoluna alternativ yolun çəkilməsindən sonra Laçın şəhəri də Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçdi. Ötən müddət ərzində burada quruculuq-abadlıq işləri həyata keçirildi və nəhayət ki, biz müstəqillik günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illiyinin keçirildiyi 28 may günündə bu torpaqlara sakinlərin geri qayıtmasının şahidi olduq. Bu, hələ başlanğıcdır. İlboyu bu ərazilərə növbəti ailələr köçürüləcək".
O deyib ki, Laçın şəhərində Cənab Prezidentin sakinlərlə görüşməsi, orada seperatçılara və Ermənistan tərəfinə mesajlar verməsi çox maraqla qarşılanıb:
"Laçın rayonunun digər kəndlərində də bu kimi quruculuq işləri həyata keçirilməkdədir. Həm Kəlbəcərdən bu ərazilərə yol çəkilir, həm də Laçın şəhərində beynəlxalq hava limanının tikintisi həyata keçirilir. Böyük ehtimalla 2024-cü ilin sonlarında biz bu hava limanının da açılışının şahidi olacayıq. Laçın öz əvvəlki dövrünə qayıtmaqdadır və bu ərazilər cənnət məkanına çevrilir. Laçın şəhərində Cənab Prezidentin sakinlərlə görüşməsi, orada seperatçılara və Ermənistan tərəfinə mesajlar verməsi çox maraqla qarşılandı. Dünya mediası bu hadisəni çox böyük maraqla izlədi. Hətta ABŞ rəsmilərinin məhz Cənab Prezidentin seperatçılara qarşı "amnistiya ola bilmə" ifadəsini işlətməsini yüksək dəyərləndirdilər. Bu Azərbaycan Prezidentinin növbəti humanist addımı kimi dəyərləndirilməlidir. Biz ümid edirik ki, erməni seperatçılar, onların qurduğu dəstələr verilmiş şansı düzgün dəyərləndirəcəklər, torpaqları qeyri-şərtsiz tərk edəcəklər və bu ərazilərdə antiterror əməliyyatların keçirilməsinə zərurət qalmayacaqdır. Düşünrəm ki, necə ki, biz Ağalı və Talış kəndinə həmçinin Laçın şəhərinə, keçmiş məcburi köçkünlərin qayıdışına şahid olduq, bu böyük qayıdış uğurla davam etdiriləcək. Azərbaycan dövləti ən qısa zamanda bütün keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarında yaşamasına, işləməsinə burada həyatlarına qurmasına hər cür şərait yaradacaq. Qarabağ, Zəngəzur bölgələri Azərbaycan dövlətinin ən aparıcı ərazilərindən birinə çevriləcək və bu ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işləri nəticə etibarilə həm vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına, həm də Azərbaycan iqtisadiyyatının güclənməsinə böyük töhfələr verəcək".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.
Ən qısa zamanda bütün keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaq

Siyasi       Tarix: 05 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v


azerbaycan xeberleri yeni xeberler son xeberler qurban bayrami 2026 son xeberler bugun sonxabar az maşın realiti şou