Ən son yeniliklər 'Kristal Abşeron'da

Ən son yeniliklər 'Kristal Abşeron'da"Kristal Abşeron" şirkəti inşa etdiyi layihələrin təmir-tikinti keyfiyyətini artırmaq üçün bir sıra addımlar atıb.
azxeber.com xəbər verir ki, şirkət yeni qlobal markalarla əməkdaşlığa başlayıb.
Bu markalar aşağıdakılardır.
Amerika markası "Guardian Glass" pəncərə şüşələri
Mənzilin pəncərə şüşələrinin düzgün seçilməsi binanın həm estetikliyini, həm də enerji səmərəliliyini artırır və büdcəyə qənaət etmək üçün şərait yaradır. "Guardian Glass" pəncərə şüşələri temperatur izolyasiya xüsusiyyəti sayəsində mənzildaxili temperaturu qoruyur. Səs izolyasiya xüsusiyyəti isə kənar səs-küyün mənzilə daxil olmasının qarşısını alır. Yüksək şəffaflığa malik bu şüşələr gün işığının mənzilə daha çox daxil olmasını təmin edir. Əsk etdirmə xüsusiyyəti isə mənzilə daxil olan zərərli günəş şüalarının qarşısını alır. Fasad izolyasiya ilə birlikdə "Guardian Glass" pəncərə şüşələrinin istifadəsi enerjiyə 45%-dək qənaət etmək fürsəti yaradır.
Ən son yeniliklər 'Kristal Abşeron'daKanada markası "Coswick" mühəndis parketləri
"Coswick" mühəndis parketləri ən son istehsal texnologiyalarına və yüksək dəqiqliyə sahib müasir qurğularda yüksək keyfiyyətli ağacdan istifadə edilərək hazırlanır. Təmirdə istifadə edilən parket həm interyerin estetikliyinə, həm də mənzilin rahatlığına birbaşa təsir edir. Bu amilləri nəzərə alıb deyə bilərik ki, "Coswick" mühəndis parketləri ideal seçimdir. Uzunmüddətli istifadəyə yararlılıq, cızıqlara və korroziyaya davamlılıq, temperatur və səs izolyasiya xüsusiyyəti, quraşdırma asanlığı, dizayn funksionallığı və ekoloji təmizlik "Coswick"in əsas üstünlükləridir. 
Ən son yeniliklər 'Kristal Abşeron'daYaponiya markası "Mitsubishi" liftləri
Lift sənayesində təhlükəsizlik əsas prioritetdir. "Mitsubishi" liftləri sənaye standartlarını qabaqlayan təhlükəsizlik texnologiyaları ilə təchiz edilmişdir. Həmçinin şirkət ətraf mühitə təsirini minimuma endirmək üçün ekoloji cəhətdən təmiz materiallardan istifadəyə üstünlük verir. Buna görə də sakinlər Mitsubishi liftlərindən inamla istifadə edə bilərlər. Sürətli daşınma, səs-küysüz işləmə, ağıllı lift həlləri, enerji səmərəliliyi "Mitsubishi" liftlərinin əsas üstünlüklərindəndir. 
Ən son yeniliklər 'Kristal Abşeron'daİtaliya istehsalı "Immergas" kombi sistemləri
Kombi sistemləri arasında "Immergas" məhsulları enerjiyə qənaət məsələsində digərlərindən ciddi şəkildə fərqlənir. "Immergas" kombi sistemləri həm mənzili, həm də məişət istifadəsi üçün lazım olan suyu eyni anda qızdırır. Bu inteqrasiya iki ayrı istilik sisteminə olan ehtiyacı aradan qaldıraraq enerji səmərəliliyini artırır. Kombi qızdırma sistemi tətbiq edilən "Kristal Abşeron" layihələrində "Immergas"dan istifadə ediləcək.
Ən son yeniliklər 'Kristal Abşeron'da Almaniya istehsalı "Grohe" hamam aksesuarları
 "Grohe" keyfiyyət baxımından qlobal bazarda aparıcı şirkətlərdəndir və bir sıra üstünlüklər təqdim edir. "Grohe" hamam aksesuarları cızıqlara, ləkələnməyə və korroziyaya davamlı, gündəlik istifadəyə yararlıdır. Asan quraşdırılma texnologiyası və sudan səmərəli istifadə bu markanın üstünlüklərindəndir. Premium materiallardan istifadəsi, dəqiq mühəndislik həlləri bu məhsulların uzunömürlü olmasını təmin edir. Bununla da "Grohe" hamam aksesuarları uzun illər sizə xidmət edəcək. 
Ən son yeniliklər 'Kristal Abşeron'daİtaliya istehsalı "Gewiss" elektrik açarları və aksesuarları
İtaliya istehsalı olan "Gewiss" üslub, innovasiya və etibarlılığın unikal birləşməsinə görə digər brendlərdən seçilir. Klassik, müasir və ya minimalist üsluba üstünlük verməyinizdən asılı olmayaraq, "Gewiss" estetik seçimlərinizə uyğun müxtəlif dizaynlara malikdir. Yüksək keyfiyyətli materialların istifadəsi, innovativ texnologiyaların tətbiqi "Gewiss" elektrik açarlarının uzun müddət və qüsursuz işləməsini təmin edir.
Ən son yeniliklər 'Kristal Abşeron'daİtaliya istehsalı "Prysmian" yanmayan kabellər
"Prysmian" kabel sistemləri sənayesində qlobal liderlərdəndir. Ənənəvi elektrik kabelləri yanğına və həddindən artıq istiyə məruz qaldıqda zəhərli qazlar buraxa, alov yaya bilər ki, bu da elektrik yanğınlarının yaratdığı təhlükələri artırır. Qısa qapanmaya qarşı davamlı olan "Prysmian" kabelləri isə yandıqda belə insan sağlamlığı üçün təhlükə törətmir. Beləliklə mənzilin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin edilir. 
Ən son yeniliklər 'Kristal Abşeron'da"Kristal Abşeron" şirkəti inşası davam edən bütün şəhər layihələrində bu markalardan istifadə edir. Qeyd edək ki, "Guardian Glass" pəncərə şüşələri "City Garden Narimanov" və "Park Yasamal" layihələrində istifadə edilir.
Ən son yeniliklər 'Kristal Abşeron'daİndi sadəcə 10% ilkin ödəniş, 20 ilədək ipoteka krediti ilə "Kristal Abşeron" layihələrində tam təmirli və çıxarışlı mənzil sahibi ola bilərsiniz. Yuxarıda qeyd edilən markalar haqqında daha geniş məlumat almaq üçün satış ofisinə yaxınlaşa bilərsiniz. 
*1544
 www.kristalabsheron.az

İqtisadiyyat       Tarix: 22 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


azerbaycan xeberleri yeni xeberler son xeberler xabar az xeber.az 2026 ən son xeberler oxu.az xeberler