Əqidəsini tez-tez dəyişən bu siyasətçi də xainliklə ölkədəki sabitliyə kölgə salmaq niyyətindədir

Əqidəsini tez-tez dəyişən bu siyasətçi də xainliklə ölkədəki sabitliyə kölgə salmaq niyyətindədirFETÖ terror təşkilatının Türkiyədə törətdiyi əməllərdən artıq hamımınız xəbəri var. Əlbəttə təşkilat günü bu gün də Türkiyənin əleyhinə addımlar atmaqdan çəkinmir və Türkiyəyə yaxın olan dövlətlərin də daxilində qarışıqlıq yaratmaq, siyasi ab-havanı pozmağa cəhd edir. Bu baxımdan ölkəmizdə də görünür, Azərbaycanı sevməyənlər düşmən cəbhədə yer almaqla yenə özləri üçün çıxar, mənfəət əldə etmək niyyətinə düşüblər. Məhz Qubad İbadoğlunun da belə bir təşkilatla əlbir olmasının ortaya çıxması göstərir ki, əqidəsini tez-tez dəyişən bu siyasətçi də xainliklə ölkədəki sabitliyə kölgə salmaq niyyətindədir".
Bu sözləri azxeber.com-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Qubad İbadoğlunu hər kəs əqidəsini tez tez dəyişən siyasətçi kimi qələmə verir. Bu da əsassız deyil. Xatırlayırsınızsa, o, vaxtilə AMİP-də təmsil olunmuşdu. Daha sonra uzun illər ərzində Müsavat Partiyasının Divan üzvü idi. Həmin partiyada liderlik ambisiyalarını təmin edə bilmədiyi üçün partiyadan uzaqlaşmaqla ADR adlanan qeyri-legitim bir "siyasi köşk" yaratmışdı. Əlbəttə şəxsi maraqlar naminə partiyanı, silahdaşlarını və ideologiyanı rahat dəyişdirən siyasətçiyə etibar etmək olmaz. Bu cür siyasətçilər üçün sadiqlik ən sonuncu əxlaq meyarıdır. Bu baxımdan demək olar ki, Qubad İbadoğlu özünü ciddi siyasi fiqur kimi heç vaxt təsdiqlədə bilmədi. Söz ilə əməl arasında, habelə verilən vədlər və reallıq arasında qısa müddət ərzində ifşa olunmuş uyğunsuzluq səbəbindən ADR-dən (ADRP-dən) kütləvi istefalar dalğası başlamışdı. Demək  olar ki, ətrafında olan silahdaş adlandırdığı şəxslər hamısı onu tərk etdi. Qubad İbadoğlunun "ciddi siyasi" fiqur obrazının cəmiyyət tərəfindən qəbul olunmaması, partiya ilə bağlı ifşaedici faktların yayılması və ADRP-dən qalmaqallı istefaların baş verməsi nəticəsində Qubad İbadoğlunun ciddi siyasi fiqur obrazı puç oldu. Bu səbəbdən də o, təxribat və təhrik xarakterli addımlar atmağa başladı". 
Deputat həmçinin qeyd edib ki, Qubad İbadoğlu xarici təşkilatlar tərəfindən ayrılan qrant müsabiqələrinin hər zaman "növbətçi" qalibi olmuşdur: "Onun xaricdə təhsil alması da məhz bu əlaqələrin sayəsində baş tutmuşdur. Əlbəttə ki, bu qalibiyyətlərə minnətdar olan Qubad İbadoğlu hər zaman həmin təşkilatlara sadiqliyini təklif edir. Azərbaycan əleyhinə olan xarici təşkilatlarla yaradılan əlaqə isə sırf Azərbaycanın inkişafına kölgə salmaq, nizam intizamı pozmaq cəhdlərindən başqa heç bir şeyi ifadə etmir. Bu baxımdan hüquq mühafizə orqanlarının vaxtında atdığı addımlar  həqiqətin bütün çılpaqlığı ilə üzə çıxmasına yardım edəcək".

Siyasi       Tarix: 29 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xəbərlər bugün valyuta mezennesi 2026 xəbər az enson xeberler