Ərdoğan 2028-ci ildə siyasətdən gedir: Türkiyənin yeni prezidenti kim olacaq?

Ərdoğan 2028-ci ildə siyasətdən gedir: Türkiyənin yeni prezidenti kim olacaq?Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 71 yaşı var və ölkə qanunvericiliyinə əsasən, 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində onun namizədliyini irəli sürməsi mümkün görünmür. Ərdoğan özü də dəfələrlə bunun onun prezident kimi sonuncu müddəti olduğunu bəyan edib. Bu isə Türkiyədə "Ərdoğandan sonra kim prezident olacaq?" sualını aktuallaşdırır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Faiq Ələkbərli bildirib ki, mövcud qanunlara görə Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkilərində iştirakı real görünmür:
"Ən azı indiki hüquqi çərçivədə Ərdoğanın namizədliyi mümkün olmayacaq. Bu səbəbdən Türkiyədə yeni lider axtarışları artıq gündəmdədir."
Ərdoğan 2028-ci ildə siyasətdən gedir: Türkiyənin yeni prezidenti kim olacaq?Politoloqun sözlərinə görə, əsas müzakirə olunan namizədlər müxalifət və hakimiyyət düşərgəsində fərqli fiqurlardır. Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) hazırda Əkrəm İmamoğlunun namizədliyi daha çox ön plana çıxır. Bununla yanaşı, Mənsur Yavaş və CHP sədri Özgür Özəl də potensial iddiaçılar sırasındadır.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) daxilində isə son dövrlər xarici işlər naziri Hakan Fidanın adı daha çox çəkilir:
"Çox güman ki, AKP məhz Hakan Fidanın namizədliyini dəstəkləyə bilər. Bununla yanaşı, Rəcəb Tayyib Ərdoğanın sürpriz bir namizəd irəli sürməsi ehtimalı da istisna olunmur", – deyə F.Ələkbərli vurğulayıb.
Ekspert əlavə edib ki, siyasi proseslər fonunda yeni liderlərin meydana çıxması mümkündür və bu baxımdan Sinan Oğanın da namizədliyini irəli sürməsi gözləniləndir.
Beləliklə, Türkiyədə 2028-ci il prezident seçkilərinə doğru gedən proseslər fonunda həm hakimiyyət, həm də müxalifət düşərgəsində ciddi siyasi rəqabətin formalaşacağı istisna edilmir.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 17 yanvar 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat novruz bayramı maşın realiti şou valyuta mezenesi