Ərdoğan AÇIQLADI: Türkiyədə koronavirusa qarşı vaksinasiyaya START VERİLİR
Bütün dünyada sürətlə genişlənən yeni növ koronavirus (COVID-19) infeksiyasının Türkiyədə də yayılması sürətlənib. İnfeksiyadan qorunmaq üçün təmizlik, maska taxmaq və sosial məsafəyə əməl etmək lazımdır. Qaydalara əməl etməklə özümüzün təhlükəsizliyinə kömək edərik.
Publika.az əbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin iclasından sonra əhaliyə müraciətində ifadə edib.
Türkiyənin COVID-19 infeksiyası ilə mübarizədə sistemli tədbirlər gördüyünü diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, gələn aydan etibarən məlum infeksiyaya qarşı peyvəndin tətbiqi nəzərdə tutulub və peyvəndləmədə ilk sırada səhiyyə işçiləri dayanacaqdır.
İnfeksiyanın yayılma təhlükəsindən bəhs edən dövlət başçısı riskləri azaltmaq üçün tətbiq olunan yeni məhdudiyyətlər barədə ictimaiyyəti məlumatlandırıb. Beləliklə, yeni məhdudiyyətlərə əsasən, həftənin ilk beş günü Türkiyə vaxtı ilə saat 21.00-dan 5.00-dək evdən çıxmaq qadağan edilib. Şənbə günü axşam 21-də başlanan "evdə qalmaq" kampaniyası bazar ertəsi saat 5.00-a qədər qüvvədə olacaq. Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı və 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.
Dövlət başçısı çıxışında gündəlikdə olan digər məsələlər barədə də geniş məlumat verib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək