Ərdoğan Aİ-yə xəbərdarlıq etdi: GÜNLƏRİN BİRİNDƏ SON QOYULACAQ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, onun ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü üzrə danışıqlara günlərin birində son qoyulacağı istisna edilmir.
Bu bəyanatı ABŞ-a səfərə yola düşən dövlət başçısı Ankaranın Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında səsləndirib. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Aİ 1959-cu ildən bəri Türkiyəyə sanksiyalar tətbiq edir, eyni zamanda həmişə bu ittifaqa üzvlük vədləri ilə diqqəti yayındırır. Onun sözlərinə görə, bu vədlərə əməl olunmayıb. "Bilməlisiniz ki, bu gün Türkiyə sizinlə eyni masa arxasında əyləşən ölkədir, amma bu masaya bağlanmayıb və günlərin birində hər şeyə son qoyula bilər", - deyə Türkiyə Prezidenti vurğulayıb.
Aİ ilə Türkiyə arasında üzvlük barədə danışıqlar 2005-ci ildə başlayıb. Lakin bu proses hazırda dondurulmuş vəziyyətdədir. Bu, formal olaraq Yunanıstan və Kiprlə olan ziddiyyətlər, əslində isə, Aİ-nin aparıcı dövlətlərinin, ilk növbədə Fransa və Almaniyanın Ankaranın üzvlük məsələsinə skeptik yanaşması ilə əlaqədardır. (azərtac) /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək