Ərdoğan Alim Qasımovun ifasından təsirləndi - VİDEO
"Dubay Ekspo 2020" sərgisində Türkiyə Milli Gününün açılışında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan pavilyonu ilə tanış olub.
azxeber.com Publika.az-a istinadən xəbər verir ki, "Dubay Ekspo 2020"nin Azərbaycan üzrə baş komissarı, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Türkiyə dövlətinin başçısına Azərbaycan pavilyonunun eksponatları haqqında ətraflı məlumat verib. Anar Ələkbərov qeyd edib ki, "Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır" konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Diqqətə çatdırılıb ki, pavilyonda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.
Prezident Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan pavilyonunun eksponatları ilə tanış olublar.
"Qardaş Azərbaycanın "Dubay Ekspo"dakı təqdimatı iftixara səbəb oldu", - deyən Rəcəb Tayyib Ərdoğan Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın pavilyondakı canlı ifasından, "Sarı gəlin" mahnısından təsirləndiyini bildirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var