Ərdoğan: "Belə xəbəri Aralıq dənizindən də gözləyirik"
"Ümid edirəm ki, Qara dənizdən aldığımız müjdəli xəbəri Aralıq dənizindən də görəcəyik".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İndiyə qədər "Fatih" və "Yavuz" qazma gəmilərimizlə Aralıq dənizi və Qara dənizdə 9 dərin dəniz qazma işləri aparıldı. 9-cu – son qazma işində millətimizə xoş xəbəri verə bildik. Sakarya qaz yatağı ilə Bismillah dedik. Allahın izni ilə bunu davam etdirəcəyik. Ölkəmizin enerji məsələsini köklü şəkildə həll etmək əzmindəyik. Yunanıstan və ona dəstək verən ölkələr bizi haqq işimizdən döndərə bilməyəcəklər. Biz həmişə qaz və neft kəşfini icarəyə gətirdiyimiz şirkətlərlə etdik. Amma onlar bizə hesabatdan başqa heç nə vermədilər. Bəlkə də yaxşı axtarıblar, haqlarına girmək istəmirəm. Amma biz 2017-ci ildə özümüz bu işi başlatdıq. 3 qazma və 2 seysmik gəmimiz bu işə cəlb olundu. Heç kimin haqqına göz dikmədən, amma heç kimə haqqımızı vermədən hədəflərimizə doğru irəliləməyə davam edəcəyik. Sakarya qaz yatağıın kəşfindən sonra qarşımızda daha parlaq bir yolumuz var. Biz gələcək nəsillərə önəmli bir miras qoyacağıq. ",- R.T.Ərdoğan qeyd edib.
Akqabay

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA