Ərdoğan: "Bunu etməsələr də, Türkiyə Türkiyədir, yoluna davam edəcək"

Ərdoğan: Prezident Rəcəb Tayyib Ərdoğan Qida Təhlükəsizliyi İşçi Qrupunu tezliklə toplayacaqlarını bildirib.
KONKRET.az xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G-20 Sammiti ilə bağlı beynəlxalq mətbuat konfransında çıxışında R.T.Ərdoğan deyib: "Taxıl məsələsində Rusiyanı kənarda qoyan bir prosesin davamlı olması mümkün deyil. Qlobal ərzaq təhlükəsizliyinə töhfə vermək üçün biz tezliklə Qida Təhlükəsizliyi İşçi Qrupunu çağıracağıq. Hesab edirik ki, Qara dənizdə sülhü pozacaq və regionda gərginliyi artıracaq istənilən addımdan çəkinmək lazımdır".
Müxtəlif ölkələrdə Qurani-Kərimə edilən hücumlara da toxunan Türkiyə prezidenti bunları söyləyib: "Qurani-Kərimi polisin himayəsi altında yandırmaq açıq-aşkar təxribat və nifrət cinayətidir. Heç kim bizdən bu barədə susmağımızı gözləməsin. Ölkəmizin təklifləri və səyləri ilə müqəddəs kitablara edilən hücum da G-20 bəyannaməsində qınanıldı.
İslama qarşı düşmənliyin artdığı bütün ölkələr indi daha qətiyyətli siyasət yürütməlidir"
Prezident Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı "Türkiyə Böyük Millət Məclisində belə bir qərar qəbul olunmayınca "hə" deməyim mümkün deyil" deyib.
Sammitdə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenlə qısa görüşü xatırladan Türkiyə prezidenti "Orada Türkiyənin "F-16" almaq məsələsini də müzakirə etdik. Amma təəssüf ki, "F-16" ilə bağlı işlər kənara qoyub "İsveç, İsveç" deyirlər. Bu yanaşma bizi ciddi şəkildə narahat edir" deyə bildirib.
Türkiyənin Avropa İttifaqında (Aİ) üzvlük məsələsinə toxunan Ərdoğan bu barədə "Avropa İttifaqına üzv ölkələr 50 ildir bizi başdan eləyirlər, bu səfər də elə etdilər. Bizi dayandırsalar da, üzv etməsələr də, Türkiyə Türkiyədir, biz yolumuza davam edəcəyik" deyib.

Siyasi       Tarix: 11 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan ən son xəbərlər kriminal bugun maliyye xeberler bugun