Ərdoğan: "Erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində son zamanlar törətdiyi təxribatlara münasibət bildirib.
azxeber.com xəbər verir ki, dövlət başçısı Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.
"Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Orada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin", - o bildirib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti