Ərdoğan İsrail prezidenti ilə regional məsələləri MÜZAKİRƏ ETDİ
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, söhbət zamanı Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.
R.T.Ərdoğan görüşdə Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün də önəmli olduğunu, həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma olduğu təqdirdə fikir ayrılıqlarının minimuma endirilə biləcəyini bildirib.
Bölgədə sülh, tolerantlıq və birgəyaşayış mədəniyyətinin yenidən qurulmasının vacib olduğunu vurğulayan Türkiyə lideri, bu baxımdan Fələstin-İsrail əlaqələrinin inkişafı və sülh prosesinin bərpasının prioritet olduğunu bildirib.
"Türkiyə ilə İsrail arasında təmas və dialoqun davam etdirilməsi ümumi maraqlara uyğundur", - deyə Ərdoğan əlavə edib.
Hüseyn

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək