Ərdoğan İsrail Prezidenti ilə telefonla danışdı - YENİLƏNİB

Ərdoğan İsrail Prezidenti ilə telefonla danışdı - YENİLƏNİBTürkiyə və İsrail Prezidentləri Rəcəb Tayyib Ərdoğan və İsaaq Herzoq arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, Prezident bu barədə "Twitter" hesabında məlumat paylaşıb.
O qeyd edib ki, israilli həmkarı ilə regional məsələləri və ikitərəfli əlaqələri, xüsusilə İsrailin bəzi radikal qrupları və təhlükəsizlik qüvvələrinin son günlər Fələstində törətdiyi hadisələri müzakirə edib.
"Bu həssas dönəmdə Əl-Əqsa məscidinin statusu və mənəviyyatına qarşı təxribat və təhdidlərə yol verilməməsinin zəruriliyini bir daha vurğulamaq istərdim. Bu mübarək məkanın və günlərin mənəviyyatını və müqəddəsliyini qoruyub saxlamaq üçün hər kəsi maksimum səy göstərməyə çağırışımı bir daha təkrar edirəm. Türkiyə olaraq hər halda sülh və əmin-amanlığın təmin edilməsi istiqamətində çalışmalarımız davam edəcək",- deyə o telefon danışığı zamanı bildirib.
14:17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İsxak Hersoq arasında telefon danışığı olacaq.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında bildirib.
XİN başçısı İsrail təhlükəsizlik qüvvvələrinin "Əl-Əqsa" məscidində törətdikləri hadisələrə dair sualı cavablandırarkən deyib ki, prezidentlər bu kimi məsələləri müzakirə edəcək.
M.Çavuşoğlu dövlət başçılarının telefon danışığının keçiriləcəyi tarixdən bəhs etməyib.

Siyasi       Tarix: 19 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son durum cəbhədən xəbərlər sonxeber.az sou biznes