Ərdoğan: İsveç və Finlandiya Türkiyənin şərtlərini yerinə yetirmədən NATO-ya DAXİL OLMAYACAQ

Ərdoğan: İsveç və Finlandiya Türkiyənin şərtlərini yerinə yetirmədən NATO-ya DAXİL OLMAYACAQTürkiyənin İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı mövqeyi Ankaranın tələbləri yerinə yetirilmədən dəyişməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qurultayında bildirib. Ərdoğan çərşənbə axşamı bildirib ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması məsələsində öz mövqeyini dəyişmək niyyətində deyil.
"Gözləntilərimiz doğrulanmayana qədər biz NATO-nun genişlənməsi ilə bağlı mövqeyimizi dəyişməyəcəyik", – deyə Ərdoğan bildirib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, NATO-nun yeni strategiyası həm də Rusiyanın cilovlanmasına təsir edəcək. Bloomberg həmçinin bildirib ki, NATO-nun iyunda Madriddə keçiriləcək sammitində qəbul ediləcək alyansın yeni strateji konsepsiyasında Rusiyanın davranışı "qabaqcıl təhlükə" kimi təyin oluna bilər.
Daha bir məlumata görə, alyansda Türkiyə ilə bağlı üç mübahisə yaranıb. Birincisi, Türkiyə faktiki olaraq İsveç və Finlandiyanın alyansa qoşulmasına mane olub, Stokholm və Helsinkinin hələ yerinə yetirməyə hazır olmadığı şərtləri irəli sürüb. İkincisi, Qərbin narazılığına səbəb prezident Ərdoğanın Suriyanın şimalında kürd qüvvələrinə qarşı hərbi əməliyyata başlamaq qərarı olub.
Üçüncüsü, Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə əlaqələrini kəsdiyini açıqlayıb. Bunun fonunda Türkiyə Hərbi Hava Qüvvələri son aylar Yunanıstanın hava məkanını getdikcə daha çox pozur və bu səbəbdən Mitsotakis ABŞ Konqresindən Türkiyəyə silah satışını qadağan etməyi xahiş edib.
Xuraman Etibarlı,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 05 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video bugünkü son xəbərlər cəbhədən son durum az xeber