Ərdoğan Kılıçdaroğlunu sorğuda üstələdi
Türkiyə mayın 14-ü baş tutacaq prezident və parlament seçkilərinə hazırlaşır.
KONKRET.azxəbər verir ki, "Optimar" araşdırma mərkəzi Türkiyədə seçkiqabağı sorğu keçirib.
Aprelin 25-dən 28-nə qədər keçirilən sorğu zamanı 3005 nəfərə "Prezident seçkiləri zamanı kimə səs verəcəksiniz?" sualı ünvanlanıb. Respondentlərin 51,4%-i ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğana, 48,6%-i isə müxalifətin namizədi Kamal Kılıçdaroğluna səs verəcəklərini qeyd ediblər.
Bununla yanaşı, 4 namizəd arasında aparılan sorğuda isə respondentlərin 48,6%-i səslərini Ərdoğana, 44,1%-i Kılıçdaroğluna, 4,3%-i Muharrem İnceyə, 3%-i isə Sinan Oğana verəcəklərini bildiriblər.
Qəzet ilkin ehtimallara əsasən seçkinin ikinci turunun da olacağını istisna etmir.
Xatırladaq ki, seçki günü prezidentliyə namizədlər 50%-dən çox səs toplamasa, mayın 28-i seçkilərin ikinci turu keçiriləcək.//Qafqazinfo
Xidmetler [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi