Ərdoğan müxalifəti tənqid edib: 'İndiyədək terrorla mübarizəyə dair heç nə deməyiblər

Ərdoğan müxalifəti tənqid edib: 'İndiyədək terrorla mübarizəyə dair heç nə deməyiblər"Biz ölkəmizin 81 vilayəti kimi, İstanbul və Ankara şəhərlərini də sahibsiz qoymadıq".
azxeber.com report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKM-Gar-Kızılay metro xəttinin açılış mərasimində deyib.
O bildirib ki, şəhərlərin Türkiyənin 100 illiyinə hazırlanması üçün görülən işlər gecə -gündüz davam edir: "AKM-Gar-Kızılay metro xəttinin açılışı da bu baxımdan xarakterikdir. Həmçinin biz 324 yeni nəsil metro nəqliyyatı almışıq. Bu isə o deməkdir ki, biz həm də qatarların sayını və komfortu artırmışıq. Son 7 ildə Ankarada 44,5 kilometr metro xətti çəkilib".
R.T.Ərdoğan söyləyib ki, müxalifətin son dövrlərdəki təlaşının əsas səbəbi iqtidarın həyata keçirdiyi uğurlu işlərdir: "Amma çox çalışmalıyıq. Artıq seçkilərə 35 gün qalıb. Əvvəllər CHP-ni tənqid edənlər indi onun sədri Kamal Kılıçdaroğlundan əl çəkmirlər. Bu azmış kimi, həmçinin terrorçularla əməkdaşlıq edilir".
Türkiyə Prezidenti müxalifətin fəaliyyətini də sərt tənqid edib. O deyib ki, "yeddili masa" (Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyasının (DEVA) və təmsil olunduğu "Millət İttifaqı"nı və bu birliyin prezdentliyə namizədi Kamal Kılıcdaroğlunu dəstəkləyən Xalqların Demokratiyası Partiyası) indiyədək terrorla mübarizəyə dair heç nə deməyib: "Yeddili masa" üzvləri özlərindən başqa heç kimin tanımadığı separatçı təşkilatın siyasi əlaltıları ilə əməkdaşlıq edir.
Həqiqətən də, ürəkağrıdan bir mənzərə ilə qarşı-qarşıyayıq. Separatçı terror təşkilatı PKK hər gün "Yeddili masa"ya dəstəyini açıqlayır. Belə bir vəziyyətdə Türkiyə vətəndaşları Kamal Kılıçdaroğluna səs verməlidirmi? Ona dəstək olmaq olarmı? FETO terror təşkilatı (Fətullahçı Terror Təşkilatı) "Yeddili masa" ilə əməkdaşlıq edir. Birlikdən heç kim terror təşkilatlarının əməllərinə reaksiya vermir. Təkcə FETO yox, bütün terror təşkilatları belədir. Hələ xaricdə müxalifətin qalib gəlməsi üçün çalışanları demirəm".
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və "Ata İttifaqı"nın namizədi Sinan Oğandır.
"Cümhur İttifaqı"na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.
"Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
"Ata" ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.
Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.
Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.

Siyasi       Tarix: 12 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbər sou xeberler cəbhədən son xeber son xeberler bugun 2026 azerbaycan