Ərdoğan-Putin görüşündə 2 İNANILMAZ MƏQAM: bununla hansı mesaj verildi? - FOTO

Ərdoğan-Putin görüşündə 2 İNANILMAZ MƏQAM: bununla hansı mesaj verildi? - FOTODünən Moskvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında İdlib böhranı ilə bağlı keçirilən görüşdə iki detal xüsusi diqqət çəkib.
Axar.az-a istinadla xəbər verir ki, sözügedən detalları politoloq Zaur Məmmədov paylaşıb.
Belə ki, görüşün keçirildiyi zalda – 1877-1878-ci illərdə Balkanlarda döyüşən rus əsgərlərin əks olunduğu suvenir və Krımı işğal etmiş II Yekaterinanın heykəlinin olması geniş müzakirələrə səbəb olub.
Rus əsgərlərinin suveniri
Ərdoğan-Putin görüşündə 2 İNANILMAZ MƏQAM: bununla hansı mesaj verildi? - FOTO1877-1878-ci illərdə müharibə səbəbilə bir milyona yaxın türk Tuna və Ədirnədən zorla çıxarılıb. Həmin illərdə Rumeli türkləri də qətliamdan, aclıqdan və soyuqdan tələf olub. Savaşdan sonra torpalarına qayıtmaq istəyən türklər Rusiya ordusu tərəfindən silahla qarşılanıb və Osmanlıya sığınmaq məcburiyyətində qalıblar. Həmin illərdə türklərin sayı Tuna və Ədirnə vilayətlərində azalmağa başlayıb.
II Yekaterinanın heykəli
II Yekaterinanın Avstriya imperatoruna türk torpaqlarını bölüşdürmək haqqında etdiyi təklif tarixi faktdır. Belə ki, Rusiya XVIII əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində "Yunan layihəsi"ndən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün real addımlar atmağa başlayıb. Hazırlanmış hərbi əməliyyat planına görə, Rusiya Osmanlını iki cəbhədə - Balkanlarda və Cənubi Qafqazda savaşmağa məcbur etmək istəyirdi. Rusiya İmperiyası Osmanlı ilə müharibə başlayana qədər Azərbaycanın Dərbənddən Bakıya qədər olan torpaqlarını işğal etməyi və burada güclü ordu yerləşdirməyi nəzərdə tuturdu. II Yekaterina Q.A.Potyomkinə göndərdiyi sərəncamlarından birində yazırdı ki, Balkanlarda Osmanlı ilə müharibə başlanacağı təqdirdə şimal-şərqi Azərbaycan torpaqlarında yerləşdirilmiş rus ordusu qəflətən Gürcüstan vasitəsilə Türkiyənin sərhədlərinə yeridilməlidir.
Ərdoğan-Putin görüşündə 2 İNANILMAZ MƏQAM: bununla hansı mesaj verildi? - FOTOƏldə olan materialların təhlili göstərir ki, Rusiya Cənubi Qafqazda hərbi əməliyyatlara başlamaqla yalnız Türkiyənin qüvvələrini parçalamaq məqsədi güdmürdü, həm də burada birdəfəlik möhkəmlənməyi planlaşdırırdı. Bu planın həyata keçirilməsində isə erməni məsələsi mühüm rol oynaya bilərdi. II Yekaterinanın Cənubi Qafqaz siyasətində erməni məsələsini daim diqqət mərkəzində saxlaması da elə bununla bağlı idi. Ruslar Azərbaycan və Türkiyə torpaqları hesabına erməni dövləti yaratmağı və ondan İran və Osmanlıya qarşı sipər kimi istifadə etməyi planlaşdırırdılar.
II Yekaterina ilə başqa bir diqqət çəkəm məqamın isə onun Osmanlıya qarşı planlarının həyata keçməsidir.
Ekspertlər bu tarixi faktlardan yola çıxaraq bildirirlər ki, Rusiya dünənki görüşdə Türkiyəyə tarixi mesajlar verməyə çalışıb.

Dünya       Tarix: 06 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən yeni xəbərlər idman xeberleri son xəbər metbuat