Ərdoğan Putinlə anlaşsa, savaş başlayacaq: Rusiya buna məcbur, ABŞ isə narazıdır

Ərdoğan Putinlə anlaşsa, savaş başlayacaq: Rusiya buna məcbur, ABŞ isə narazıdırTürkiyədən asılı vəziyyətə düşməkdə olan Kremlin, rəsmi Ankaranın Rusiyadan üz çevirməməsi üçün əlindən gələn hər şeyi edəcəyi şübhə doğurmur... Bu baxımdan, Kreml sahibi Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin antiterror əməliyyatlarına Rusiyanın neytral qalacağını vəd edə biləcəyi qətiyyən istisna deyil...
azxeber.com musavat.com-a istinadla bildirir ki, Türkiyə dünya məkanında mövqelərini möhkəmləndirməkdə davam edir. Hazırda İstanbul anlaşması dünya mətbuatında əsas müzakirə mövzusudur. Və dünyanın aclıqdan xilas edilməsində böyük önəm daşıyan "taxıl dəhlizi"nin açılmasını nəzərdə tutan bu anlaşma Türkiyənin siyasi-diplomatik qələbəsi hesab olunur.
"The Hill" nəşrində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "taxıl dəhlizi"nin əsas ideoloqu olaraq, təqdim olunur. Onun bu nailiyyətinin bəşəriyyət qarşısında tarixi xidmət olduğu vurğulanır. Və bu tarixi xidmətə görə prezident Rəcəb Tayyib Ərdoğanın ən azından Nobel mükafatına layiq olduğu qeyd edilir.
Təbii ki, "taxıl dəhlizi" həqiqətən də Türkiyənin beynəlxalq rəqiblərində qısqanclıq doğuracaq bəşəri nəticədir. Bu nəticənin dünyada Türkiyənin və onun siyasi liderinin nüfuzunu artırdığı inkaredilməz reallıqdır. Rəsmi Ankara indi beynəlxalq məkanda Türkiyənin siyasi iradəsini daha qətiyyətlə diktə etmək imkanına sahibdir. Və "taxıl dəhlizi"nin artıq fəaliyyətə başlamaq üzrə olması bu imkanları daha da artırır.
Məsələ ondadır ki, Ukraynadan taxıl daşıyacaq ilk gəmilər Türkiyəyə artıq avqustun 3-də yola düşəcək. Taxıl ilə doldurulmuş gəmi karvanını pilotsuz təyyarələr müşayiət edəcək. Buna paralel olaraq, İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri peyklərdən istifadə edərək, taxıl daşıyan gəmilərin keçidinə nəzarət edəcəklər. Və rəsmi Ankara daha bir mütərəqqi addımla da diqqəti çəkir. Çünki, Türkiyənin təşəbbüsü ilə taxıl daşıyan ilk gəmilər birbaşa aclıqdan əziyyət çəkən Afrikaya - Somali sahillərinə doğru yola düşəcək.
Göründüyü kimi, rəsmi Ankara dünyada siyasi-humanist mövqeyi ilə də ön plana keçməyə başlayıb. Bütün bunlar rəsmi Ankaraya Türkiyənin milli təhlükəsizlik maraqlarını təmin etmək baxımından, əlavə dividentlər qazandırır. Hazırda Türkiyənin bu istiqamətdə kifayət qədər ciddi problemləri mövcuddur.
Türkiyə üçün ən ciddi problem İraq və Suriya ərazisində olan PKK/PYD terror qruplaşmasıdır. Rəsmi Ankara bu problemdən ölkəni qorumaq üçün Türkiyə-Suriya sərhədləri boyunca 30 kilometrlik tampon bölgənin yaradılmasında israrlıdır. Bu məqsədlə Türkiyə Suriyanın sərhəd bölgəsində qısamüddətli antiterror əməliyyatı keçirtməyə hazırlaşır. Və bu barədə niyyətini də rəsmən bəyan edib.
Ancaq Türkiyənin NATO üzrə hərbi müttəfiqi ABŞ və dünyada təklənsə də rəsmi Ankaranın tərəfdaşlıq münasibətlərini qoruduğu Rusiya buna qəti şəkildə qarşı çıxır. Ona görə də, hazırda rəsmi Ankara bu iki dövlətin mövqeyindən ciddi şəkildə narazıdır. Və bu narazılığını da ən yüksək səviyyədə hər iki ölkənin diqqətinə çatdırır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son açıqlamasında ABŞ və Rusiyanı verilən vədləri yerinə yetirməməkdə suçlayıb. Onun sözlərinə görə, ABŞ və Rusiya PKK/PYD terror qruplaşmasının Türkiyə sərhədlərindən uzaqlaşdırılacağını bildirsələr də, bu məsələ hələ də həll olunmayıb. Və ona görə də, rəsmi Ankara bu problemi Türkiyə ordusunun keçirəcəyi antiterror əməliyyatı ilə nizamlamaq niyyətindədir.
Maraqlıdır ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ordusunun sərhəd boyu antiterror əməliyyatına hazırlıq prosesini artıq yekunlaşdırmaq üzrə olduğunu da vurğulayıb. NATO-nun da terrorizmə qarşı mübarizədə Türkiyəyə dəstək verməli olduğunu bildirən xarici işlər naziri antiterror əməliyyatlarına hər an başlaya biləcəklərini deyib: "Türkiyəyə əngəl olmağa çalışırlar, ancaq bir gecə ayılıb, görəcəklər ki, antiterror əməliyyatları başlayıb".
Bütün bunlara baxmayaraq, rəsmi Ankara antiterror əməliyyatları ilə bağlı prosesləri siyasi-diplomatik vasitələrlə nizamlamaq fikrindən hələ tam vaz keçməyib. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələni Kreml sahibi Vladimir Putinlə növbəti dəfə müzakirə etmək niyyətindədir. Və Türkiyə liderinin bir neçə gün sonra reallaşacaq Rusiya səfərində bu məsələnin əsas mövzu olacağı ehtimal edilir.
Bəzi iddialara görə, Türkiyənin Rusiyanı antiterror əməliyyatlarına neytral qalmağa inandıra biləcəyi də qətiyyən istisna deyil. Belə ki, "taxıl dəhlizi" ilə bağlı İstanbul anlaşmasına nail olan prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya əlini ciddi şəkildə gücləndirərək gedir. İndi Türkiyə ilə münasibətlərin qorunması, rəsmi Ankaranın narazı salınmaması Kreml üçün olduqca böyük əhəmiyyət daşıyır.
Məsələ ondadır ki, prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində reallaşan "taxıl dəhlizi" Kremlə əlavə manevr imkanları açıb. Bir tərəfdən Rusiya beynəlxalq rəqibləri ilə səhnəarxası "siyasi bazarlıq" faktoru qazanıb. Digər tərəfdən isə idxal-ixrac embarqoları ilə çətin duruma düşən Kreml Rusiya taxıl məhsullarının dünya bazarlarına çıxarılması şansı əldə edib. Və Kreml sahibi bütün bunlara görə borclu olduğu Türkiyə liderini indiki taleyüklü mərhələdə özündən narazı salmaqda maraqlı deyil.
Hətta bəzi Rusiya mənbələri iddia edirlər ki, Kreml sahibi Türkiyə liderinə bir çox məsələlərdə ciddi güzəştlərə belə, hazırdır. Ancaq bunun əvəzində Rusiya prezidenti Türkiyənin daha effektiv strateji tərəfdaşlığına ümid bəsləyir. Xüsusilə də, Kreml sahibi Türkiyə liderindən Ukrayna savaşının Rusiyanın maraqlarına yaxın şərtlər çərçivəsində yekunlaşdırılmasına prinsipial dəstək gözləyir. Və prezident Vladimir Putinin Türk həmkarının bunu bacara biləcək imkanlara, təsir gücünə sahib olduğuna inandığı da bildirilir.
Təbii ki, Kreml sahibi Türkiyə prezidentini narazı salacağı təqdirdə, rəsmi Ankaranın Rusiya siyasətində müəyyən dəyişikliklərin ola biləcəyini də mütləq nəzərə almaq məcburiyyətindədir. Hər halda, Türkiyə üçün prinsipial xarakter daşıyan məsələyə Rusiyanın müqavimət göstərməsi rəsmi Ankaranın sonrakı davranışlarına təsirsiz ötüşə bilməz. Və bu, Rusiya üçün o qədər də məmnunedici nəticələr doğurmaz.
Bütün bunları nəzərə aldıqda, hazırda Türkiyədən asılı vəziyyətə düşməkdə olan Kremlin rəsmi Ankaranın Rusiyadan üz çevirməməsi üçün əlindən gələn hər şeyi edəcəyini düşünmək olar. Bu baxımdan, Kreml sahibi Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin antiterror əməliyyatlarına Rusiyanın neytral qalacağını vəd edə biləcəyi qətiyyən istisna deyil. Və bu, o deməkdir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan öz əsas hədəfinə çataraq, dönəcəyini ehtimal etmək mümkündür.
Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan döndükdən qısa müddət sonra Türkiyənin Suriyada antiterror əməliyyatlarına başlaya biləcəyini düşünmək olar. Hətta Kreml buna qarşı çıxmış olsa belə, Türkiyə bu addımı atacaq. Ancaq Kreml sahibi ilə anlaşma bir tərəfdən Rusiyanın neytral qalmasını, digər tərəfdən isə Suriyadakı Əsəd rejiminin baş verənləri indiki kimi etirazla deyil, məhz sükutla müşahidə etməsini təmin edəcək.

Siyasi     Baxılıb: 370   Tarix: 01 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident Bruney Sultanını təbrik etdi

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:. "Əlahəzrət,. Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütü

Lavrovun idarəsindən Bakıya qarşı 1 həftədə İKİ HƏYASIZLIQ

"Azərbaycanlı tərəfdaşlarımızın diqqətini ötən il 30 iyun – 1 iyul tarixləri arasında Bakıda saxlanılan Rusiya vətəndaşlarının vaxtından əvvəl azadlığa buraxılması və vətənlərinə qaytarılmasının zəruriliyinə cəlb edirik"

FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində və qurumlarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbirləri keçirilib. Nazirlikdən  verilən məlumata görə, tədbirlərdən əvvəl şəxsi heyət tərəfindən Şəhidlə

İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar. /

Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüşüb.  xəbər verir ki, bu barədə İndoneziyanı

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri görüşdü - FOTO

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər. KONKRET.azxəbə

Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb. Ramiz Mediyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində DTX tərəfindən Gültəkin Hacıbəylini

""5-ci kolon"un "simasızları" yenidən fəallaşıblar" - Deputat

"5-ci kolon" yenidən işlək vəziyyətə gətirilir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O bildirib ki, onlar daxildəki qüvvələrdən istifadə edərək qarayaxma kampaniya aparırlar:

Pezeşkian Ermənistanla Azərbaycan arasındakı sülh prosesindən danışdı

İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasındakı sülh sazişindən məmnunluğunu ifadə edərək, bu prosesi regionda təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı yolunda müsbət addı


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər cəbhədən görüntüleri xeberler bugun son xeber 2026