Ərdoğan Qarabağa görə CHP-ni tənqid etdi
Qarabağda 30 ilə yaxındır davam edən işğalçılıq siyasətinin başa çatmasına töhfə verdik.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri Cümhuriyyət Xalq Partiyasının (CHP) məsələ ilə bağlı mövqeyini tənqid edib:
"Xarici siyasətləri "Kamalist Türkiyədən faşist İtaliyaya salam" göndərməkdən ibarət olanlardan bu hissi anlamalarını gözləmirik. Boraltan faciəsini törədənlərin Qarabağdakı zəfərin həyəcanını hiss etməkdə çətinlik çəkdiklərini bilirik".
Turlar.az [newsid: 0-123300]