Ərdoğan: "Qərbə etibar etmək olmaz, xüsusən də onların siyasətinə"
"Qərbə etibar etmək olmaz".
KONKRET.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan türk gəncləri ilə görüşündə deyib. O bildirib ki, Qərb ölkələrinə inanmır.
Ərdoğan öz ərazisində Amerika bazalarına ev sahibliyi edən Yunanıstanı tənqid edərək bunu özünü Rusiyadan qorumaq istəyi ilə əsaslandırıb. Türkiyə lideri qeyd edir ki, əvvəllər nə Yunanıstan, nə də digər Qərb ölkələri eskalasiyanı azaltmaq üçün addım atmayıb.
"Yunanıstandan niyə Amerika bazalarını yaratdığınızı soruşduqda onlar belə cavab verirlər: "Rusiyaya qarşı". Bəs siz Ukrayna üçün Rusiyaya qarşı nə etmisiniz? Onların sözləri yalanla doludur. Qərbə etibar etmək olmaz, xüsusən də onların siyasətinə gəldikdə", – deyə o qeyd edib.
Daha əvvəl Ərdoğan bəyan edib ki, Türkiyə hakimiyyəti hələ də İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətlərini təsdiqləməyə hazır deyil. Türkiyə Prezidenti əlavə edib ki, Stokholm və Helsinki respublikada terrorçu kimi tanınan təşkilatları dəstəkləməkdə davam edir.
Xuraman Etibarlı,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?