Ərdoğan Sinan Oğana niyə vəzifə vermədi? – AKP-dən açıqlama

Ərdoğan Sinan Oğana niyə vəzifə vermədi? – AKP-dən açıqlamaTürkiyədə ATA ittifaqının prezidentliyə namizədi olmuş Sinan Oğanın Ərdoğanın yeni komandasında nazir postunu tutacağı deyilirdi. Mətbuatda və sosial şəbəkələrdə bununla bağlı müxtəlif fikirlər, mülahizələr səsləndirilirdi. Seçkilərin ikinci turunda dövlət başçısı Rəcəb Tayyib Ərdoğana dəstək verən Sinan Oğanın bu addımına görə mükafatlandırılacağı ehtimal olunurdu. Lakin Türkiyənin yeni hökumətinin iyunun 4-də açıqlanan siyahısında Azərbaycan əsilli siyasətçinin adı yer almadı. Buna baxmayaraq, Oğan Ərdoğanın andiçmə mərasiminə qatılaraq, 13-cü prezidenti təbrik etdi, onun yeni komandasına uğurlar arzuladı. 
Əlbəttə, Sinan Oğanın böyük jestinin Ərdoğan tərəfindən qarşılıqsız qalmayacağı şübhə doğurmur. Bəs Türkiyə lideri kritik məqamda onun yanında olan azərbaycanlı siyasətçini nə ilə mükafatlandıracaq?
Ərdoğan Sinan Oğana niyə vəzifə vermədi? – AKP-dən açıqlamaKONKRET.azxəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Pariyasından (AK) seçilmiş deputatı Şamil Ayrım bildirib ki, Sinan Oğanın Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qiymətləndirilməsi istisna edilmir.
"Yeni dönəmdə Sinan Oğan hansısa vəzifədə ola bilər. Əlbəttə, bununla bağlı qərar cənab Prezidentin səlahiyyətindədir. Ancaq indiki vəziyyətdə belə bir qərar yoxdur. Sinan bəyi irəliləyən dönəmdə Prezidentimiz ən yaxşı şəkildə dəyərləndirəcək", – deputat deyib.
Ərdoğan Sinan Oğana niyə vəzifə vermədi? – AKP-dən açıqlamaAKP funksioneri Yunus Kılıç isə vurğulayıb ki, hazırda Sinan Oğana hansısa vəzifənin verilməsi məsələsi gündəmdə deyil:
"Sinan Oğana vəzifə verilməsi gündəmdə yoxdur. Sinan bəy son anda cənab Prezidentimizi dəstəkləmək qərarını alıb. Bundan hamımız məmnun olmuşuq. Ancaq bu qərar bəzi mətbuat orqanlarının və tərəflərin iddia etdiyi kimi sövdələşmə əsasında alınmayıb. Prezidentimiz də açıq şəkildə qeyd edib ki, biz heç kimə söz verməmişik. Sinan Oğanın da belə bir tələbi olmayıb. Yenə deyirəm ki, vəzifə məsələsi zamana görə müəyyənləşə bilər. Ancaq hazırda belə bir məsələ gündəmdə deyil".

Siyasi       Tarix: 05 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v


azerbaycan xeberleri yeni xeberler son xeberler qurban bayrami 2026 son xeberler bugun sonxabar az maşın realiti şou