Ərdoğan: "Şuşada Baş Konsulluq açırıq
"Zəngilan və digər hava limanlarının açılması ilə Şuşanın turizmə yolu açılır".
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Hazırda burada yolların infrastrukturu tamamlanmaq üzrədir. İlham Əliyev dedi ki, gələn il bura çox ciddi vəsait ayıracaqlar. Türkiyəli podratçılarımız da deyirlər ki, planlar reallaşsa, 1-1,5 ilə burada işləri tamamlayacağıq", - deyə o qeyd edib.
Ərdoğan həmçinin bildirib ki, dəmir yolu ilə yanaşı, avtomobil yollarının da tikintisi bitən kimi artıq Şuşaya yol açılacaq.
"Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq. Təbii ki, Şuşa Azərbaycanın ən mühüm cazibə mərkəzidir. İnanıram ki, İlham Əliyev tikiləcək hotellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki bununla bağlı atılacaq addımlar var. Amma həqiqətən də cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, binalarla bura bir hərəkət gətirdi. Şuşaya hotellər üçün qoyulacaq investisiyalar onu cazibə mərkəzinə çevirəcək. Şuşada Baş Konsulluq açırıq", - deyə o vurğulayıb. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü