Ərdoğan təlimat verdi: Qaçqınların geri qayıtması üçün Hələb modeli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Suriyalı qaçqınlar və qeyri-qanuni mühacirlərlə bağlı eyni vaxtda araşdırma aparılır. Suriyalıların geri qayıtması üçün "Hələb modeli"nin tətbiqi planlaşdırılır.
HƏLƏB MODELİ
Türkiyə qaçqınların Hələb əyalətinə qaytarılması ilə bağlı Rusiya və Suriya ilə danışıqlar aparır.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunun üçün miqrantlar ev və işlə təmin ediləcək.
Qeyd olunub ki, danışıqların məqsədi Hələbdə həyatı canlandırmaqdır.
Ankaranın fikrincə, Hələb bərpa olunarsa, o zaman Türkiyədə yaşayan yüz minlərlə suriyalı öz vətənlərinə qayıdacaq.
Məlumata görə, Türkiyənin nəzarətində olan ərazilərdə Qətərlə birlikdə evlər tikilir.
Qeyri-qanuni miqrasiya ilə mübarizə planına Pakistan və Əfqanıstan vətəndaşlarının Türkiyədən deportasiyası üçün bu ölkələrlə əməkdaşlığın gücləndirilməsi də daxildir. Qeyd olunub ki, miqrantların deportasiya ediləcəyi ölkələr dəstək alacaq.
VİZADA AB MODELİ
Türkiyəyə 90 günlük viza ilə gələn və daha sonra uzatmaq istəyənlər üçün Avropa Birliyi (AB) nümunəsi tətbiq olunacaq. Həmin şəxslərdən bank hesabları, gəlirləri, mülkiyyət sənədi, sağlamlıq sığortası tələb olunacaq. Bu sənədlər olmadan viza verilməyəcək və yaşayış icazəsi uzadılmayacaq.
Xatırladaq ki, Suriyanın şimal-qərbində 2017-ci ildən deeskalasiya zonası fəaliyyət göstərir. 2020-ci ildən orada atəşkəs rejimi yaradılıb. Türkiyə 2017-ci ildən bəri Suriyanın şimalında üç hərbi əməliyyat keçirib. Ölkənin şimalına Türkiyəyə sadiq Suriya müxalifəti nəzarət edir.
İqbal Rzayev,
KONKRTET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi