Ərdoğan: "Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir
"Ədalətli institusional strukturlardan məhrum birliklərin bloklandığı prosesdə Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir".
azxeber.com xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"Adriatik dənizindən Asiyaya qədər uzanan geniş coğrafiyada bizim çox geniş əməkdaşlıq imkanımız var. Tarixi inkişafların türk dünyasının yolunu açdığı fürsət pəncərələrini düzgün qiymətləndirmək lazımdır. Siyasi həmrəylikdən tutmuş, enerji və nəqliyyatın başçılıq etdiyi iqtisadi əməkdaşlığa qədər hər sahədə onu mənfəətə çevirmək imkanımız var.
Qardaş ölkələrin nisbətən qısa müstəqillik dövründə əldə etdikləri nailiyyətləri ümumi gələcəyimiz üçün çox vacib hesab edirəm. Bu nəhəng potensial təşkilatımızın təsir dairəsinin ölçüsünə işarə edir. Hər Zirvə görüşü ilə biz bu təsirin miqyasını və əsasını daha da gücləndiririk. Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşümüzün konkret nailiyyətlərindən biridir. Fond qardaş ölkələrimizin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək", - deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan Sammitdə üzv ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasının və növbəti Zirvə görüşünə qədər Türk Dövlətləri Təşkilatı mülki müdafiə mexanizminin yaradılmasının qərara alındığını diqqətə çatdırıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir