Ərdoğan Ukraynaya yola düşdü - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşüb.
KONKRET.az xəbər verir ki, onu hava limanından dövlət rəsmiləri yola salıb.
***
09:35
Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə bu gün – fevralın 3-də Ukraynaya səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında bildirilib.
Açıqlamaya əsasən, prezidentlər arasında görüş keçiriləcək. Səfər çərçivəsində iki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə Türkiyə-Ukrayna Ali Səviyyəli Strateji Şuranın 10-cu toplantısı keçiriləcək. Şuranın toplantısında müxtəlif müqavilə və razılaşmaların, habelə Azad Ticarət Müqaviləsinin imzalanacağı nəzərdə tutulub.
Nazirlərin iştirakı ilə Kiyevdə keçiriləcək Şura toplantısında strateji ortaqlıq çərçivəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün istiqamətləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşməsi imkanları müzakirə olunacaq. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılacaq.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var