Ərdoğan və Tramp Ağ Evdə nələrdən danışdı? - Dünyanın gözlədiyi görüşün BÜTÜN DETALLARI

Ərdoğan və Tramp Ağ Evdə nələrdən danışdı? - Dünyanın gözlədiyi görüşün BÜTÜN DETALLARI"Prezident Rəcəb Tayyib Ərdoğanla faydalı və möhtəşəm görüşümüz baş tutdu".
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donal Tramp deyib.
FETÖ-çü olduğu iddia edilən NASA əməkdaşı Sərkan Gölgənin azadlığa buraxılması münasibətilə türk həmkarına təəkkür etməklə nitqinə başlayan Tramp bildirib ki, Türkiyə NATO müttəfiqi və eyni zamanda, ABŞ-ın əhəmiyyətli tərəfdaşıdır: "İki ölkə arasında diplomatiya, sülh və rifahın olması gələcək üçün önəmlidir. Ötən ay Pompeo və Pensi Türkiyəyə göndərmişdim. Obrayn da Ərdoğanla görüşüb. Buradakı görüşlər də faydalı keçdi. Prezidentə əməkdaşlıq üçün təşəkkür edirəm. Türkiyə lazımi tədbirləri görməyə davam edəcək. Atəşkəs nə qədər qarışıq olsa da, irəliyə doğru gedir. Türkiyə ABŞ-dan sonra NATO-da ən böyük ikinci orduya sahibdir. Əfqanıstanda və İŞİD-lə mübarizəyə görə türk xalqı və prezidentinə minnətdarıq".
F-35 VƏ S-400 AÇIQLAMASI
"Əməkdaşlıq, ticarət, müdafiə sənayesi, hərbi proqramlarımız davam edir. Milyardlarla dollar dəyərində satış müzakirəsi gedir. F-35 qırıcıları üçün hissələr istehsal edirlər. Türkiyənin S-400 alması bizim üçün çətinliklər yaradır. Ümid edirəm ki, həll etməyi bacaracağıq. Bu gün bu haqda danışdıq, gələcəkdə də danışacağıq. Xarici İşlər nazirləri və təhlükəsizlik üzrə məsləhətçilər S-400 məsələsini görüşməyə davam edəcəklər".
Liderlər bildirib ki, iki ölkə arasında ticarət həcmini 100 milyard dollara çatdırmaq üçün tədbirlər görüləcək.
Ərdoğan isə məsələ ilə bağlı bu sözləri deyib: "S-400 sistemi və F-35 proqramı başda olmaqla bu sahədə qarşılaşdığımız sınaqların öhdəsindən yalnız dialoqla gələ bilərik. Türkiyənin "Patriot" sistemləri məsələsində məruz qaldığı haqsızlıqları Osakada birbaşa Tramp özü bəyan edib. Ona şərtlər uyğun gəlsə, "Patriot" ala biləcəyimizi demişəm və yenə də deyirəm. Türkiyə olaraq ABŞ Konqresi ilə dialoqa girməyə hazır olduğumuzu prezidentlə bölüşdüm".
Türkiyə Prezidenti həmçinin, Donald Trampın təhqiredici məktubunu özünə qaytarıb. Ərdoğan birgə mətbuat konfransında "Bu məktubu hörmətli prezidentə qaytardım" deyib.
Xatırladaq ki, oktyabrın 16-da D.Tramp türkiyəli həmkarı R.T.Ərdoğana sərt ifadələrlə dolu məktub göndərib. O, məktubunda rəsmi Ankaranın Suriyada əməliyyatları dayandırmayacağı təqdirdə Türkiyə iqtisadiyyatını çökdürəcəyini bildirmişdi.
Zümrüd /publika.az

Dünya       Tarix: 14 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 azerbaycan xabar az cəbhədən xəbərlər cəbhədən son xəbər