Ərdoğan yaxın vaxtlarda Putinlə Ukraynanı müzakirə etməyi gözləyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını gözləyir.
Bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, Türkiyə liderinin Rusiya və Ukrayna liderlərinin görüşünün təşkili təklifi əslində bu böhrandan çıxmaq üçün ən mühüm və konkret təklifdir:
"Prezidentimizin belə bir görüşü təşkil etmək cəhdləri davam edir. Ukraynaya son səfərimiz zamanı o, prezident Vlodomir Zelenski ilə bunu müzakirə edib. O, bu məsələni cənab Putinlə də qaldırıb. Yaxın vaxtlarda daha bir telefon danışığı baş tutacaq və bu zaman bu məsələ yenidən gündəmə gətiriləcək".
İ. Kalın qeyd edib ki, Türkiyə rəsmiləri rusiyalı həmkarları ilə əlaqə saxlayır və Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlaşmağa davam edir:
"Eynilə, cənab Putinin Türkiyə səfərinə hazırlıqlarımız davam edir. Bu məsələ ilə bağlı rusiyalı həmkarlarımızla əlaqə saxlayırıq".

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var