Ərdoğandan Azərbaycan AÇIQLAMASI: Gələn il
Türk Şurasının İstanbulda keçirilən 8-ci Zirvə toplantısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan "Teknofest" Aviasiya, Kosmos və Texnologiya Festivalının gələn il Azərbaycanda keçiriləcəyini açıqlayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türk Şurasının 8-ci Zirvə toplantısında mühüm açıqlamalar verib.
Ərdoğanın açıqlamalarından başlıqlar:
Müşahidəçi ölkə Macarıstanla birlikdə COVID-ə qarşı mübarizəmiz çox vacibdir.
Siyasi və sosial həmrəyliyimiz kimi, ticarətdə də həmrəyliyimizi gücləndirməliyik.
Biz həm ticari əlaqələrimizi, həm də qarşılıqlı investisiyalarımızı artırmalıyıq. Bu məqsədlə biz ticari əlaqələrin asanlaşdırılması və strategiya sənədinin imzalanmasına əhəmiyyət veririk. Bir-birimizdən möhkəm yapışmasaq, istədiyimizi ala bilmərik. Aramızdakı bütün yolları bu coğrafiyanın əsas strategiyasına çevirməliyik.
Cənab Binəli Yıldırımı Ağsaqqallar Şurasına təyin etdik. Onun təcrübəsi xüsusən də nəqliyyat sahəsində öz töhfəsini verəcək. B.Yıldırıma bu işində uğurlar arzulayıram.
Paris İqlim Sazişini ratifikasiya və tətbiq etməklə iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizəmizə başladıq. Biz qlobal məsələdə çoxtərəfli əməkdaşlığın inkişafı üçün böyük səylər göstərəcəyik. Qarşıdakı dövrdə biz yeni texnologiyalardan istifadə edərək şəhərlərimizi "ağıllı şəhərlər"ə çevirməliyik.
Rəqəmsal transformasiyanın yol xəritəsini müəyyən etməliyik.
Yayda yaşadığımız yanğınlara kömək edən bütün dost dövlətlərə təşəkkürümü bildirirəm.
Biz terrorun bütün formalarına qarşı mübarizədə qərarlıyıq və bu istiqamətdə əməkdaşlığımızı artırmalıyıq.
Gələn il "Teknofest"i Azərbaycanda keçirəcəyik.
Məlumat üçün bildirək ki, "Teknofest" Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və "Baykar Makina" şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi