Ərdoğandan kritik ABŞ QƏRARI: 2 gün sonra...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı 1-2 gün ərzində ABŞ-a səfərlə bağlı dəqiq qərarını açıqlayacaq.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın danışıb.
ABŞ prezidenti Donald Trampın 13 noyabrda Ərdoğanı ABŞ-a dəvət etməsi haqqında suala Kalın belə cavab verib: "Prezidentimiz Nümayəndələr Palatasında Türkiyəyə qarşı qəbul edilən iki qərara görə ağlında bəzi sual işarələrinin yarandığını dedi. Prezidentimiz Vaşinqtonda getmiş olmaq üçün getməz. Orada ölkəmizin maraqları baxımından yekun nəticələr əldə olunması əsasdır. Bunu təmin edəcək şərait varsa, siyasi iqlim buna uyğundursa, görüşlərimizdən Türkiyə-ABŞ münasibətləri və Türkiyənin milli maraqlarını inkişaf etdirəcək nəticələrin alınması müzakirə mövzusudursa, təbii ki, bu səfər baş tutar. Qarşıdakı 1-2 gün ərzindı o özü dəyərləndirmələrini edib bu məsələdə yekun qərarını verəcək. Biz də yaxın zamanda ictiamiyyətlə paylaşacağıq".
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 1915-ci il hadisələrini erməni soyqırımı kimi tanıyıb və "Barış pınarı" hərəkaatına görə Türkiyəyə sanksiya tətbiq ediləcəyi haqqında qanun qəbul edib.

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib