Ərdoğanın Azərbaycana rəsmi səfəri başladı - YENİLƏNİB + FOTO
Ərdoğanın Azərbaycana rəsmi səfəri başladı - YENİLƏNİB + FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarə Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.
Oxu.Az xəbər verir ki, Ərdoğanı Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və Şimal Kipr Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıb.

11:52
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı vaxtı ilə 11:15-də Azərbaycana yola düşüb.
Oxu.Az xəbər verir ki, Ərdoğanı Esenboğa aeroportunda Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay və Ankara valisi Vasip Şahin yola salıb.
Türkiyə prezidentini Azərbaycan səfərində Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ətraf Mühit və Şəhərsalma naziri Berat Albayrak, Müdafiə naziri Hulusi Akar, Ticarət naziri Ruhsar Pekcan, Rabitə naziri Fahrettin Altun, Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan müşayiət edəcək.
09:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, birgünlük səfər çərçivəsində Türkiyə prezidenti bir sıra ikitərəfli görüşlər keçirəcək.
Bundan başqa, Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.
Samir İsayev

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı