Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhviİranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb.
KONKRET.az xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb.
Göy məscidin XVIII əsrdə guya Əfşarlar sülaləsinin hakimiyyəti dövründə Hüseynəli xan tərəfindən inşa edildiyi bildirilir.
Məscid İranın mədəni irsinin nümunəsi kimi təqdim olunur, onun İrəvan şəhərinin tarixindəki yeri isə İranın mədəni təsiri kontekstində izah edilir.

Əvvəla, Göy məscid Əfşarlar sülaləsinin deyil, İrəvan xanlığının hakimi Hüseynəli xan Qacarın hakimiyyəti dövründə inşa edilib. 
Məscidin tikintisinə 1760-cı ildə başlanıldığı, 1766-cı ildə tamamlandığı barədə məlumatlar mövcuddur.
Bunu təkcə Azərbaycan mənbələri deyil, İrəvan şəhərinin rəsmi turizm portalı da təsdiqləyir. 
Portalda məscidin inşaatçısı açıq şəkildə "İrəvan sərdarı Hüseynəli xan" kimi göstərilir.
Belə olan halda, məscidin tikintisini Əfşarlar sülaləsi ilə əlaqələndirmək tarixi hadisələrin və siyasi hakimiyyətin yanlış təqdimatıdır.
Digər mühüm məqam isə məscidin inşa edildiyi şəhərin tarixidir.
Göy məscid həmin dövrdə müstəqil İran şəhərində deyil, Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığının mərkəzində tikilib.
İrəvan xanlığı XVIII əsrdə bölgənin siyasi və ictimai həyatında mühüm yer tutan Azərbaycan xanlıqlarından olub.
Uzunluğu- 97,2  eni isə- 66,5 metr olan Göy məscid İrəvanın ən böyük məscidi, eyni zamanda şəhərin əsas dini mərkəzi olub.
Kompleks tək minarədən, ibadət zallarından, mədrəsədən, kitabxanadan, din xadimləri üçün nəzərdə tutulmuş otaqlardan və geniş daxili həyətdən ibarət olub.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhviMəscidin tarixi ilə bağlı Azərbaycan tədqiqatçılarının araşdırmalarında da diqqətçəkən faktlar yer alır.
Ələkbər Ələkbərlinin "Qərbi Azərbaycan abidələri", tarixçi Nazim Mustafanın "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" və "İrəvan şəhəri" əsərlərində məscidin XVIII əsrdə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirildiyi qeyd olunur.
Məscidin sonrakı taleyi də onun tarixinin hansı siyasi və mədəni şəraitdə formalaşdığını göstərir.
Sovet hakimiyyəti dövründə dini fəaliyyətini dayandıran Göy məscid 1930-cu illərdən etibarən muzey kimi istifadə olunub.
1937–1982-ci illərdə burada İrəvan şəhərinin Tarix və Təbiət Tarixi muzeyləri də yerləşdirilib, ibadət ocağının kiçik zalı sonradan planetariyə çevrilib. 
Göy məscidin tarixində 1918-ci il də xüsusi yer tutur. Həmin il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilib, mayın 29-da isə Milli Şuranın qərarı ilə İrəvan şəhərinin Ermənistanın siyasi mərkəzi kimi istifadəsinə razılıq verilib.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhviBu qərar İrəvanın Azərbaycan tarixindəki yerini və bölgənin sonrakı siyasi taleyini müzakirə edərkən nəzərə alınmalı olan mühüm tarixi hadisədir.
Məscidin sonrakı dövrdəki taleyi də diqqətçəkəndir. 1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdən sonra İran tərəfinin müraciəti və iştirakı ilə məscidin dini və mədəni mərkəz kimi fəaliyyətinin bərpası istiqamətində addımlar atılıb.
1995-ci ildə imzalanmış razılaşmadan sonra İran tərəfi abidənin bərpası və mədəni məqsədlərlə istifadəsində iştirak edib. Bərpa prosesi 2010-cu ildə başa çatıb.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhviBeləliklə, Göy məscidin İran memarlıq ənənələrinin təsirini daşıması onun İrəvan xanlığı dövründə yaranmış tarixini və Azərbaycan tarixindəki yerini arxa plana keçirməməlidir.
İranın bərpa prosesində iştirakını və abidənin memarlığında İran ənənələrinin təsirini inkar etmək mümkün deyil. Lakin bunlar məscidin inşa edildiyi tarixi-siyasi mühiti və İrəvan xanlığının tarixini dəyişmir.
İran səfirliyinin paylaşımında məhz bu tarixi kontekst nəzərə alınmayıb. Üstəlik, Hüseynəli xan Qacarın hakimiyyət dövrünün Əfşarlar sülaləsi ilə əlaqələndirilməsi kobud tarixi səhvdir.qafqazinfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhviHüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhviHüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

Siyasi       Tarix: 04 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri oxu.az xeberler meherremlik 2026 sonxeber az