Ərdoğanın xəbərdarlığı İranı ayağa qaldırdı: gizli düşmənlər ifşa olundu və...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqdakı etiraz aksiyalarının İrana sıçraması ilə bağlı verdiyi açıqlama böyük əks-səda doğurub.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi danışıb.
İranlı Tələbələr Xəbər Agentliyinin (ISNA) xəbərinə görə, mətbuat konfransında çıxış edən Musəvi Ərdoğanın bir ölkədə baş verən xaosun digərlərinə keçməsinə dair açıqlamasını xəbərdarlıq kimi dəyərləndirib: "Çünki bəzi gizli əllər İslam ölkəlrində ixtilaf və xaos çıxarmaq istəyir. Ərdoğan bu gizli əlləri doğru şəkildə görür. Xəbərdarlıq etdilər, buna görə də onları təqdir edirik".
Qeyd edək ki, Ərdoğan Macarıstandakı rəsmi səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında İraqdakı etiraz aksiyalarından danışmışdı. "İraqdakı aksiyaların arxasında kim dayanıb? Biz kimlər tərəfindən edildiyi və ya ediləcəyinə dair ehtimallar deyirik. Təbii, bunun İrana sirayət etmə nöqtəsindəki durumlarını da təxmin edirik. Çünki dərdləri İslamı bölmək, parçalamaq və bir-birilərinə düşmən etməkdir".
Zümrüd /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib