Ərdoğanla Putin arasında vacib telefon danışığı - Bu məsələ müzakirə edildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığında prezidentlər Ukraynadakı müharibə barəsində müzakirə aparıblar.
Ərdoğan Kaxovka su elektrik stansiyasının bəndində baş verən partlayışla bağlı qərəzsiz tədqiqat aparılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, rəsmi Ankara Rusiya və Ukraynadan, eləcə də beynəlxalq ictimaiyyətdən, o cümlədən BMT və Türkiyədən ekspertlərin daxil ola biləcəyi komissiyanın yaradılmasına töhfə verməyə hazırdır.
Ərdoğan həmçinin dünya ictimaiyyətinin "taxıl sazişi"nin müddətinin uzadılması məsələsinə xüsusi önəm verdiyini bildirib. O vurğulayıb ki, birgə səylərlə əldə edilmiş saziş qlobal ərzaq böhranının həllində mühüm rol oynayır.
Türkiyə Prezidenti rəsmi Ankaranın regionda ədalətli sülhün təmin olunması üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.
Onu da qeyd edək ki, Ərdoğanın bu gün Zelenski ilə də telefon danışığı olub. Türkiyə prezidenti Zelenski ilə Kaxovkadakı partlayışla bağlı danışıb.//Musavat.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi