Ərəb turistlər 4000 manat cərimələndi, qoruqda hərəkətləri qadağan edildi - Xidmət rəisi

Ərəb turistlər 4000 manat cərimələndi, qoruqda hərəkətləri qadağan edildi - Xidmət rəisiSon bir neçə gün ərzində Qax rayonunun Acınohur adlanan ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhmsiz davranma barədə məlumatlar yayılıb. Bununla əlaqədar bildirmək istəyirəm ki, ölkəyə turistlərin gəlmə icazəsinin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir.
Open.az-ın məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, digər turistlər kimi, ərəblər də ölkəmizə gələ bilərlər: "Amma istirahət zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, müvafiq orqanlar ona qarşı tədbirlər görür. Məlumatlar daxil olduqdan sonra apardığımız araşdşrma zamanı məlum oldu ki, Acınohur yasaqlığında 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarərəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin araşdırmanın gedişatlnda ərəb turistlərin bir neçə gün əvvəl həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı cərimələndilər".
H.Əlizadə qeyd edib ki, həmin ərazidə ovun aparılması ilə bağlı yayılan məlumatlarla bağlı araşdırma aparılıb. Bunun nəticəsində fakt qismən müəyyən edildi: "Sosial şəbəkələrdə əvvəlki dövrlərə aid olan, hətta ərazisini müəyyən etmək mümkün olmayan foto və video çəkilişləri paylaşılıb və iddia olunub ki, onlar həmin ərazidə baş verib. Bəzi faktlar öz təsdiqini tapdığı üçün tərəfimizdən iki ərəb turist təqribən 4000 manat məbləğində ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə cərimə edildi. Hazırda yasaqlıq ərazisində onların hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb, ərazidə postlar quraşdırılıb. Araşdırmalar davam etdirilir".

Hadisə       Tarix: 26 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər cəbhədən ən son xəbər en son xeber bugünkü son xəbərlər