Əri Ayşəni maşından zorla düşürərək uşaqların gözü önündə öldürübmüş - TƏFƏRRÜAT

Əri Ayşəni maşından zorla düşürərək uşaqların gözü önündə öldürübmüş - TƏFƏRRÜATÖtən ilin noyabrında Pirallahı rayonu, Gürgən qəsəbəsində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanı qətlə yetirən 30 yaşlı Əsgər Musayevin məhkəməsi başa çatıb.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ə.Musayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (xuliqanlıq - silah və ya silah qismində əşya tətbiq etməklə) maddələri ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, Əsgər Musayev 2015-ci ildə 18 yaşında olan Ayşənlə tanış olub və onlar qeyri-rəsmi evləniblər. Bu evlilikdən onların 3 övladı dünyaya gəlib. Lakin daha sonra onların münasibətləri pozulub. Ayşən ortancıl və kiçik övladını götürərək Pirallahıda anasının yaşadığı evə köçüb. Onun böyük qızı isə Gürgən qəsəbəsində Əsgərin evində qalıb.
Qətldən bir neçə gün əvvəl Əsgər Musayev ayrı yaşayan həyat yoldaşına onunla barışmaq, həmçinin paltar almaq istədiyini bildirərək görüşə çağırıb. Lakin görüş zamanı o, Ayşəni Xaşaxuna bağları adlanan əraziyə aparıb və üzərindəki bıçağı çıxararaq qadının boğazına dirəyib. Həmin vaxt son anda fikrindən daşınan Əsgər Ayşənin yalvarışlarından sonra ona xəsarət yetirməyib və yaşadığı evə aparıb. 1 gecə orada qaldıqdan sonra Ayşən Rəhimova anasıgildən paltarlarını gətirmək adı ilə evdən çıxıb və Pirallahıya gedib. Bundan sonra, yəni noyabrın 10-da isə o, anası və ortancıl oğlu ilə birlikdə taksi ilə Əsgərin yaşadığı evə gəlib. Onların məqsədi Əsgərdə qalan böyük uşağı da özləri ilə aparmaq olub.
Qapının döyüldüyünü görən Əsgər Musayev açdıqda qayınanası Sevincin qapının qarşısında olduğunu və uşağı aparmaq üçün gəldiyini bildirib. Bu zaman Əsgər "Mercedes" markalı avtomobildə Ayşənin oturduğunu görüb və evə qayıdaraq uşağı geyindirib gətirəcəyini deyib. Lakin o, evə qayıdaraq bıçaq götürüb və küçəyə qayıdaraq avtomobilə yaxınlaşıb. O, qapını açaraq Ayşənin aşağı düşməsini tələb edib. Qadın imtina edincə Əsgər zorla onun saçından tutaraq yerə düşürüb və bıçaqla zərbələr endirməyə başlayıb. Araya girən Ayşənin anası Sevinc onları çətinliklə ayıra bilib və qızına "qaç, canını qurtar", deyib. Ayşən küçə boyunca qan içində qaçmağa başlayıb və bir qədər getdikdən sonra Əsgər onu yenidən yaxalayıb və bu dəfə əlindəki bıçaqla daha öldürücü zərbələr endirib, həmçinin onun ölümünə əmin olmaq üçün boğazını kəsib. Bütün bu hadisələr isə taksi sürücüsü və uşaqların gözü önündə baş verib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs əslində Ayşəni öldürmək yox, qorxutmaq istədiyini deyib. O, həmçinin həyat yoldaşının ondan gizli telefon işlətdiyini iddia edib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə A.Rəhimovanı amansızlıqla öldürən Ə.Musayevə 17 il həbs cəzası verilib.

Sosial       Tarix: 21 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta enson xeberler cəbhədən son vəziyyət xeberler bu qun