Əri tərəfindən döyülən 81 yaşlı qadının vəziyyəti ağırdır - Hadisənin təfərrüatları

Əri tərəfindən döyülən 81 yaşlı qadının vəziyyəti ağırdır - Hadisənin təfərrüatlarıÖtən gün gecə saatlarında əri tərəfindən döyülən Beyləqan rayon Birinci Şahsevən kənd sakini 81 yaşlı Dilarə Həsənovanın vəziyyəti ağır olaraq qalır.
azxeber.com xəbər verir ki, bu barədə Trend-ə Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Əli Məmmədov məlumat verib.
Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Əli Məmmədovun sözlərinə görə, yaşlı qadın koma vəziyyətindən çıxsa da, hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, vəziyyəti ağır olaraq qalır.
"7 Aprel 2022-ci ildə saat 12:30 radələrində xəstəxanamıza Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini 1941-ci il təvəllüdlü Həsənova Dilarə Fərrux qızı xəsarət alaraq daxil olmuşdur. Müayinə zamanı xəstədə başın tüklü hissəsinin, alın nahiyəsinin, hər iki əlin çoxsaylı çapılmış, kəsilmiş yaraları və eyni zamanda qapalı kəllə-beyin travma diaqnozu qoyulmuşdur. Xəstəyə təcili qaydada müvafiq tibbi yardım göstərilmiş, yaraları sarılmış, birinci cərrahi tikişlər və ətraflar gipsə qoyulmuşdur. Hazırda xəstənin ümumi vəziyyəti ağır stabildir. Diaqnostika şöbəsində müayinə müalicəsi davam etdirilir", - deyə həkim əlavə edib.
Qeyd edək ki, 81 yaşlı Dilarə Həsənovanı ağır xəsarətlər yetirən əri, 1940-ci il təvəllüdlü Nuru Həsənov rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə baş verən zaman yaşlı cütlük evdə tək olub. Ailə münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə 7 övladının anası olan həyat yoldaşını döyən Nuru Həsənovun psixoloji problemləri olduğu deyilir. Ailə üzvləri çəkliş aparılmasına razı olmasalar da, söhbət əsnasında bildiriblər ki, ataları Nuru Həsənov yeriməkdə çətinlik çəkən analarını elə onun öz çəliyi ilə döyüb. Ailə üzvləri baş verən hadisədən, yəni döyülərək xəstəxanalıq olan analarına və bu səbəbdən polis tərəfindən saxlanılan atalarına görə utandıqlarını, hansını müdafiə edəcəklərini bilmədiklərini deyiblər.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sosial       Tarix: 09 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


son xeberler yeni xeberler azerbaycan xeberleri enson xeberler xabar az cəbhədən son durum dunyada son xeberler