"Erməni diasporu bir-birini gözdən salıb" - Abramyan
"Son 5 ildə erməni diasporu parçalanıb".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, inqilabdan əvvəl Rusiya Erməniləri İttifaqı Ermənistanda dövlətlə birlikdə onlarla tədbir keçirib.
"Biz Xarici İşlər Nazirliyi, Diaspor Komitəsi ilə işləyirdik. Bu kifayət deyildi, amma az da olsa, nəticə əldə edirdik. Hər şeyin yaxşı olacağına ümid var idi. Bu gün nə Ermənistan-diaspor əlaqələri var, nə yanaşma, nə də siyasət", – deyə Abramyan bildirib.
O deyib ki, hazırda erməni diasporu bir-birini gözdən salmaqla məşğuldur:
"Hamı ayrılıb. Rusiyada 400-ə yaxın milli təşkilat açılıb, lakin onlar çox tez bağlanırlar. Təşkilat açırlar, başa düşürlər ki, işləməlidirlər, amma təcrübələri yoxdur. Sonra görürlər ki, heç nə alınmır, başlayırlar deməyə Rusiya Ermənilər İttifaqı onlara mane olur. Hamı hamıya qarşı çıxır, hamı bir-birini gözdən salır. Rabitə pozulub. Paşinyanın bəyanatlarını götürsək, diasporumuz birdir. Amma onun dediklərinin əksini sübut edən 30 məqamı sadalaya bilərəm", – deyə Ara Abramyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ